• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Baydenin andiçməsində rəsmi Bakını kim təmsil edəcək? XİN açıqladı

19-01-2021, 11:34 | Baxılıb: 77
“Baydenin andiçməsində rəsmi Bakını kim təmsil edəcək? XİN açıqladı

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimində rəsmi Bakını təmsil edə bilər.


OperativXeber.Az bildirir ki, bunu “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Mövcud təcrübəyə əsasən, bir qayda olaraq ABŞ prezidentinin andiçmə mərasimində bu ölkədəki diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edirlər. İndiki mərhələdə andiçmə mərasimi ilə bağlı bu təcrübə tətbiq olunacaq”, - o, vurğulayıb.

XİN sözçüsü bildirib ki, hazırda Azərbaycanın mərasimdə iştirakı ilə bağlı konkret dəqiqləşmə yoxdur: “Hazırda vəziyyət elədir ki, bir sıra proseslər gedir: hazırlıq və s. Ancaq yanvarın 20-si dəqiq məlum olacaq. İndiki pandemiya şəraitində ABŞ prezidentinin andiçmə mərasiminin hansı formada keçiriləcəyinə aydınlıq gətirilməlidir”.

Xatırladaq ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 79 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Yanvarın 20-də C.Bayden prezident kimi and içəcək.

OperativXeber.Az


77

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qardaş ölkədən növbəti acı xəbər – Əsgərlərlə dolu hərbi maşın aşdı
Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTO/VİDEO
Novruzda koronavirusun daha çox “cücərəcəyi” XƏBƏRDARLIĞI
Ermənistanla sərhəd-keçid məntəqələri açılır? - Video

Qardaş ölkədən növbəti acı

Amerikada xəstəxanaya

Bahar Muradovanın şübhəli

DİN bu şəxslə bağlı əhaliyə

Novruzda koronavirusun daha

Ermənistanla sərhəd-keçid

Jirinovski yaxın aylarda

Ermənilər Qarabağda bütün

Prezident İlham Əliyevin

Həbs olunan nidaçı gənc

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.