• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Fransalı ekspert "Dostluq" layihəsinin böyük potensialından danışdı

22-01-2021, 10:51 | Baxılıb: 864
“Fransalı ekspert "Dostluq" layihəsinin böyük potensialından danışdı

Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" neft-qaz yatağının birgə kəşfiyyatı və işlənməsi barədə anlaşma memorandumunun imzalanması vacib addımdır.

OperativXeber.Az bildirir ki, bunu Trend-ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi, ekspert Fransis Perren deyib.

O qeyd edib ki, bu saziş ilk növbədə Xəzər dənizində əlavə karbohidrogen yatağının işlənməsinə gətirib çıxarmalıdır:

"İkincisi isə, bu, Trans-Xəzər boru kəməri layihəsinin inkişafına kömək edə bilər. "Dostluq"dan əlavə bu boru kəməri sxeminin əsas üstünlüklərindən biri iri qaz ehtiyatlarına nəzarət edən Türkmənistanın Azərbaycan vasitəsilə Avropa bazarına birləşməsi olacaq. Avropa İttifaqı qaz tədarükü mənbələrini şaxələndirməyə çalışır və Xəzər regionu bu strategiyanın tərkib hissəsidir. Avropa təxminən üç həftə əvvəl "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazını idxal etməyə başlayıb. Üçüncüsü, bu, 2018-ci ilin avqustunda imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın icrası üçün sınaq ola bilər".

F.Perrenin sözlərinə görə, bu memorandumun vacibliyinin daha bir əsas səbəbi ondan ibarətdir ki, bu, Azərbaycanla Türkmənistan arasında enerji və iqtisadi əməkdaşlığın inkişafına gətirib çıxaracaq:

"Bu ölkələrin enerji tərəfdaşlığı baxımından böyük potensialı var və "Dostluq" bu potensialı reallaşdırmaq üçün imkandır".

OperativXeber.Az


864

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qardaş ölkədən növbəti acı xəbər – Əsgərlərlə dolu hərbi maşın aşdı
Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTO/VİDEO
Novruzda koronavirusun daha çox “cücərəcəyi” XƏBƏRDARLIĞI
Ermənistanla sərhəd-keçid məntəqələri açılır? - Video

Qardaş ölkədən növbəti acı

Amerikada xəstəxanaya

Bahar Muradovanın şübhəli

DİN bu şəxslə bağlı əhaliyə

Novruzda koronavirusun daha

Ermənistanla sərhəd-keçid

Jirinovski yaxın aylarda

Ermənilər Qarabağda bütün

Prezident İlham Əliyevin

Həbs olunan nidaçı gənc

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.