• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

“Həkim döyüşdə ayağını itirən oğlumun sarğılarını dəyişməyə gəlmir”

2-12-2020, 10:10 | Baxılıb: 435
““Həkim döyüşdə ayağını itirən oğlumun sarğılarını dəyişməyə gəlmir”

Valideyn deyir ki, onların vəziyyəti ilə maraqlanan yoxdur

Qazax sakini 19 yaşlı Kənan Musayev oktyabrın 3-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı minaya düşərək sol ayağını dizdən aşağı itirib.

OperativXeber.Az bildirir ki, keçmiş döyüşçünün anası Məhəbbət Məmmədova bildirib ki, oğlu yaralanandan sonra əvvəlcə Naftalan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək, əməliyyat olunub. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılaraq, daha iki dəfə də orada əməliyyat keçirib:

“Əməliyyatlardan sonra oktyabrın 18-də evə buraxılıb. Həkim demişdi ki, hər gün sarğısı dəyişdirilməli, yarasına nəzarət olunmalıdır. Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik ki, həkim ayırsınlar. Həkim hər gün gəlib, oğluma baş çəkməli, sarğısını dəyişdirməli idi. Lakin uşağın ayağının sarğısı bir ay, 15 gün ərzində 4 dəfə dəyişdirilib. Gəlmədiyi üçün axırda əlacsız qalıb, sarğını qonşuların köməkliyi ilə özüm təzələyirdim. Qonşuda bir qadın var, sağ olsun, hər gün gəlib sarğını dəyişir”.

Kənan Musayev 2001-ci ildə Qazax rayonunda doğulub. 2009-cu ildə valideynləri boşanıb. Hazırda maddi vəziyyəti ağır olan ailə Qazax Kənd Təsərrüffatı Texnikumunun yataqxanasında yaşayır:

“Üç övladım – iki qızım, bir oğlum var. Qızlarım ailə həyatı qurub. Oğlumla ikimiz birgə yaşayırıq. Kənan əsgərlikdən əvvəl maşın ustası işləyirdi. Mən də kartof yığımına və evlərə təmizlik işləri görməyə gedirəm. Oğlum on ay idi ki, əsgərlikdə idi. Tətərdə xidmət göstəriridi. Müharibə başlayan gündən döyüşlərdə iştirak edib. Deyir ki, bizə “İrəli!” komandası verilib, bununla bərabər başqa bir əsgər yoldaşı irəli gedəndə, ikisi də eyni yerdə, sol ayaqlarından minaya düşüblər. Uşaq kontuziya alıb, beyin silkələnməsi olub. Psixoloji durumu yerində deyil, əsəbləri çox oyaqdır. Müharibə ilə bağlı ümumiyyətlə danışmağı sevmir”.

Ailənin maddi vəziyyəti ağırdır. Məhəbbət Məmmədova deyir ki, maddi çatışmazlıqlarının olması ilə bağlı rayonun aidiyyətli qurumlarına müraciət etsə də, Qarabağ döyüşlərində sol ayağını itirən gəncin problemləri ilə maraqlanan yoxdur:

“Dəfələrlə Qazax Rayon İcra Hakimiyyətinə getmişəm. Aşağıda, pilləkənin ayağında nümayəndələri qarşılayıb. Nə soruşublar, cavab vermişəm, yazıbar. Deyiblər ki, maraqlanacağıq, amma heç bir nəticəsi olmayıb. Qazax Rayon Mərkəzi Xəstəxanası da həmçinin. Uşağın sarğısını qonşu dəyişir. Halbuki, bunun üçün həkim təyin olunmuşdu, vaxtlı-vaxtında gəlmədi”.

Qazax Rayon İcra Hakimiyyətindən zəngi cavablandırmayıblar. Qazax Rayon Mərkəzi Xəstəxasının qəbul şöbəsindən isə şikayəti rəhbərliyə çatdıracaqlarını deyiblər.

Bu il sentyabrın 27-də Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar başlayıb. Noyabrın 9-dək sürən 44 günlük əməliyyat nəticəsində, Azərbaycan təxminən 280 kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları atəşkəs bəyanatı imzalayıb. Sənədə görə, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə olan atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Meydan TV

OperativXeber.Az


435

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: Nə baş verir? + Video
Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
Təhsil nazirindən əmr: məktəblərdə xüsusi dərslər keçiriləcək
DYP-dən VACİB MƏLUMAT – Bu sürücülər sükan arxasına əyləşməsin
Bakıda payız-qış mövsümünə hazırlıq başlayıb
Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?

Ermənilər Kəlbəcərdə

Bulvarda heyrətləndirən

Təhsil nazirindən əmr:

DYP-dən VACİB MƏLUMAT – Bu

Bakıda payız-qış mövsümünə

Ötən il icbari tibbi sığorta

Təltif edilən şəhid təhsil

“LAÇIN DƏHLİZİNƏ NƏZARƏT

Paşinyan həbs olunacaq?

Baydenin andiçməsində rəsmi

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.