• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Yeni pullarla bağlı maraqlı məlumatlar (VİDEO)

13-01-2021, 08:50 | Baxılıb: 27
“Yeni pullarla bağlı maraqlı məlumatlar (VİDEO)

Yeni pul nişanlarında xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib.


OperativXeber.Az bildirir ki, bunu Xezerxeber-ə açıqlamasında Mərkəzi Bankın Baş direktoru Akşin Vəliyev deyib.

O bildirib ki, Milli valyutanın təhlükəsizlik konsepsiyası beynəlxalq təcrübədə ən mükəmməl təhlükəsizlik sistemlərinə əsaslanır və 4 pilləli mühafizə konsepsiyasından ibarətdir.

Yeni tədavülə buraxılan 1, 5 və 50 manatlıq pul nişanlarında dizaynla yanaşı, mühafizə sistemlərində də dəyişiklik edilib.Burada da əsas məqsəd saxtalaşdırmanın qarşısını almaqdır.

Bu pul nişanlarına həm də yenilik olaraq şaquli dizayn konfiqurasiyası verilib ki, burada da xeyli mikromətnlər və gizli çap elementləri yerləşdirilib. Bunları həm də yeni bir mühafizə elementi də adlandırmaq olar. Yeni əsginaslarda görmə məhdudiyyətli şəxslərin pul nişanlarını tanıması üçün elementlər də öz əksini tapıb.

Aqşin Vəliyev qeyd edib ki, 20 manatlıq əsginas Qarabağ mövzusuna həsr olunmuş pul nişanıdır. Bu pul nişanının üzərində Azərbaycan xalqının mübarizə əzmini əks etdirən elementlər yer alıb. Yaxın vaxtlarda 20 manatlıq pul nişanları da yeni dizaynda tədavülə buraxılacaq.

Mərkəzi Bank yeni pul nişanları dövriyyəyə buraxılmazdan əvvəl, oktyabr ayında kommersiya banklarına və ödəniş xidmətlərini həyata keçirən provayderlərə məlumat göndərib. Tapşırılıb ki, istifadələrində olan nağd pula avadanlıqlarını yeni əsginazlara uyğunlaşdırsınlar.

Aqşin Vəliyevin sözlərinə görə, köhnə pul nişanları da tədavüldən çıxarılmayacaq və yeniləri ilə paralel şəkildə istifadə ediləcək. Gələcəkdə digər nominallı pul nişanlarının da yenilənməsi həyata keçiriləcək.

OperativXeber.Az


27

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Daşnak Partiyasının üzvü Dağlıq Qarabağa gəlib mesaj verdi:”Artsax xalqının arxasında 10 milyon erməninin nəfəsini hiss etməsi vacibdir”
Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi
Mikayıl İsmayılovun topdağıtmaz sərvəti... - Onun imkanları milliləşdirilərsə...
Vaksinasiya mərhələli şəkildə davam edir - Nazir müavini
Rusiya sülhməramlılarının mandatı - Bakı və Ankara Laçın dəhlizinə tam nəzarət istəyir!
Hacıbala Abutalıbovun qohumunun adı qalmaqalda

Daşnak Partiyasının üzvü

Türkiyə vətəndaşlarının

Mikayıl İsmayılovun

Vaksinasiya mərhələli şəkildə

Rusiya sülhməramlılarının

Hacıbala Abutalıbovun

Azərbaycanda bankların başı

Qarabağdan sonra yenidən

Birinci vitse-prezident

Hökumətdən 190 manatlıq

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.