• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Həbs olunan nidaçı gənc saxlanma şəraitindən şikayət edir - 14 gündür çimmir

5-03-2021, 10:40 | Baxılıb: 24
“Həbs olunan nidaçı gənc saxlanma şəraitindən şikayət edir - 14 gündür çimmir

Fevralın 20-də inzibati qaydada 30 sutka müddətinə həbs olunmuş və hazırda Sumqayıt Şəhər Polis İdarəsində müvəqqəti saxlama yerində saxlanılan NİDA Vətəndaş Hərəkatının üzvü Elmir Abbasova şəxsi gigiyena üçün şərait yaradılmır.


OperativXeber.Az bildirir ki, bu barədə Turana E.Abbasovun anası Mətanət Abbasova oğlu ilə saxlandığı yerdə görüşdən sonra deyib.

M.Abbasovanın sözlərinə görə, Elmir Abbasov ona özünü normal hiss etdiyini deyib, lakin ona artıq 14 gündür çimmək üçün şərait yaradılmadığından şikayət edib. "Bundan əlavə Elmir üçün 10 gün əvvəl polis idarəsinə verdiyim paltarlar ona çatdırılmayıb və o 14 gündür eyni paltarda saxlanılır".

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana xəbəri təkzib edib. Onun sözlərinə görə inzibati qaydada həbs olunmuş şəxslər arasında fərq qoyulmur. "Nizam qaydalarına uyğun olaraq inzibati qaydada cəzasını çəkən hər bir şəxsin gigiyena qaydaların tələblərinə ciddi nəzarət olunur".

27-yaşlı Elmir Abbasov fevralın 16-da Facebook hesabındakı paylaşımında ölkə rəhbərliyini kəskin tənqid edib.

Bir neçə gün sonra Elmir Abbasov polis tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 206-cı (narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması) maddəsi ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

E.Abbasov özünü təqsirli bilməyib və həbsini yazdığı statusla əlaqələndirilir.

Hakimiyyət təmsilçiləri isə ölkədə heç kəsin fərqli fikrinə görə təqibə məruz qalmadığını deyirlər. Beynəlxalq qurumların Azərbaycanda demokratiya sahəsində geriləmə ilə bağlı tənqidləri isə, bir qayda olaraq, rədd olunur.

OperativXeber.Az


24

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda bələdiyyə sədri həbs edildi - RÜŞVƏT ALARKƏN YAXALANDI
RAMİZ MEHDİYEVDƏN NÖVBƏTİ TƏYİNAT - Kürəkəninin qardaşına AMEA-da vəzifə verdi
Prezident qiyamçılarla toqquşmada həlak oldu-DETALLAR
Bakı metrosunun açılması ilə bağlı VACİB XƏBƏR: "2 SAAT səhər, 3 SAAT axşam..."
Rusiya HƏRBÇİLƏRİ XANKƏNDİYƏ GƏLDİ: Xankəndi aeroportunda parad hazırlığı -VİDEO
Sərt karantin rejimi tətbiq edilir?- AÇIQLAMA

Azərbaycanda bələdiyyə sədri

RAMİZ MEHDİYEVDƏN NÖVBƏTİ

Prezident qiyamçılarla

Bakı metrosunun açılması ilə

Rusiya HƏRBÇİLƏRİ XANKƏNDİYƏ

Sərt karantin rejimi tətbiq

Həyat yoldaşını GÜLLƏLƏYİB

TƏCİLİ! XANKƏNDİDƏ

ŞOK XƏBƏR: Putin aprelin

Ordumuz irəliləyir: Düşmən

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.