• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Zaur Mikayılov niyə aşağı maaşlı dövlət vəzifəsini qəbul etdi?

6-04-2021, 09:53 | Baxılıb: 21
“Zaur Mikayılov niyə aşağı maaşlı dövlət vəzifəsini qəbul etdi?

Xəbər verdiyimiz kimi, ötən gün Zaur Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

OperativXeber.Az bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı maraqlı mövqe sərgiləyib.

O bildirib ki, Z.Mikayılov yaxşı təhsili, biznesdə maraqlı iş təcrübəsi olan şəxsdir:

“Özəl sektorda çalışdığı vəzifələrdə çox yüksək maaş aldığı məlumdur, hətta maaşdan əlavə böyük bonuslar, tibbi sığorta və başqa üstünlüklərə də malik olub. İndi isə Zaur Mikayılov dövlət strukturuna rəhbər təyin edilib, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin vəzifə maaşı 1500 manat civarındadır.

Sual yaranır: Zaur müəllim hansı səbəbdən özəl sektorda qazındığından dəfələrlə az maaşı olan dövlət qurumuna keçməyə razılıq verib?! Motivi nədir, nə ola bilər?!”

Qeyd edək ki, Z.Mikayılov ali təhsilini Türkiyənin Boğaziçi Universitetində alıb. O, 2009-2015-ci illərdə “Port Baku”nun baş meneceri olmaqla yanaşı, bir sıra yüksək vəzifələri icra edib. 2015-2016-cı illərdə “Paşa İnşaat”da, 2016-2018-ci illərdə isə “Agro Supply” MMC-nin direktoru vəzifəsində çalışıb.

O, bu təyinatından əvvəl, yəni 2018-ci ilin noyabrından bu ilin yanvarınadək “Azərbaycan Supermarket” MMC-nin direktoru vəzifəsində işləyib. Bu MMC-yə ölkənin ən böyük marketlər şəbəkəsi olan “Bravo” supermarketlər şəbəkəsi daxildir.

OperativXeber.Az


21

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Çörəyin arasına siçan zəhəri qoyub dilənçi qadına verdi - VİDEO
SON DƏQİQƏ: Ermənilər Xankəndini BOŞALTMAĞA BAŞLADI - Hakopyan ELAN ETDİ
Rusiya sülhməramlıları nə qədər ərazini minalardan təmizləyib? - AÇIQLAMA
Türk professordan ŞOK AÇIQLAMA: Bu şəxslər oruc tutmasın!
Toylarda yeni qaydalar tətbiq olunacaq? — AÇIQLAMA
Səfər Mehdiyevlə Qoşqar Təhməzlidən Ramazan bahalaşması: Xurma, kişmiş, düyü…

Çörəyin arasına siçan zəhəri

SON DƏQİQƏ: Ermənilər

Rusiya sülhməramlıları nə

Türk professordan ŞOK

Toylarda yeni qaydalar tətbiq

Səfər Mehdiyevlə Qoşqar

Təklənən Rusiya: Putinin yeni

Demoqrafik təhlükə- Ölkədə

Rusiyalı həkimlər Xocalıda

Azərbaycan nefti ən çox hansı

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.