• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Laçın icra başçısının adı ölüm işində - Prezidentə müraciət olundu

8-02-2021, 11:13 | Baxılıb: 337
“Laçın icra başçısının adı ölüm işində - Prezidentə müraciət olundu

Laçın rayon Şeylanlı kənd sakini Baxışov İntiqam Baxış oğlu tərəfindən prezidentə müraciət olunub. Reportyor.info xəbər verir ki, rayon sakini Laçının icra başçısı Aqil Nəzərlidən şikayətlənib.
“Qardaşım Müqabil Baxışov LRİHB -sı Aqil Nəzəriınin korrupsiya əməlləri barədə, ərizə ilə sizə və digər nazirliklərə müraciət etdiyi üçün, A.Nəzərli tərəfindən şərlənərək 4 il müddətinə həbs olundu. 1 il 1ay həbsdə saxlanıldıqdan sonra, cinayət məcəlləsinə olunan dəyişiklik tətbiq olunmaqla qardaşım M. Baxışov azadlığa buraxıldı. Lakin A.Nəzərli yenə də qardaşımı təhdid edir və hədələyirdi. Hər gün rayon polis idarəsində, prokurorluqda dindirilmə, hədə qorxular üzünə adam dirəndirmələr və s. Hətta iş o yerə çatdıki, ali təhsilli tarixçi 25 il pedaqoji təcrübəyə malik, rayonda müxtəlif vəzifələrdə çalışmış, M. Baxışovu ləkələmək üçün kimsəsiz bir qadını üzünə dirəndirdilər. Bu şər böhtana rayon ictimaiyyətinin müdaxiləsi A.Nəzərlini iyrənc əməlindən əl çəkməyə məcbur etdi. Həmin qadının nə vaxtsa həqiqəti danışacağından ehtiyat edən, A.Nəzərli bu qadınıda
hansı yolla olursa olsun aradan götürmək fikrində idi”.
Onun sözlərinə görə, kimsəsiz qadın qısa müddət ərzində “bədbəxt” hadisə nəticəsində dünyasını dəyişdi: ”
Cənab Prezident!
Dəfələrlə mənim və qardaşım Müqabil Baxişovun mobil telefonuna, A.Nəzərlinin qaynatası, 2005 ci ildə DTX və Bas prokurorluq tərəfindən keçirilən birgə əməliyyat nəticəsində, tutularaq vətənə xəyanətdə ittiham olunan, keçmiş batalyon komandiri Vaqif Cabbarov və onun keçmiş döyüşçülərin tərəfindən zən olunaraq, bizi ölümlə hədələyirdilər. Həmin telefon nömrələri, zəng vaxtı, səs yazısı və tarixlərini bu gündə sübut olaraq saxlayıram. Bu barədə yüzlərlə ərizə şiksyətlərimizə baxan olmadı.
Cənab Prezident!
Bütün bu təhdidlər, hədə-qorxulardan və yuxarı orqanların vətəndaşın əzilməsinə göz yumması, şikayət ərizələrinin cavabsız qalmasından bezən Müqabil Baxişov 05.12.2019-cu il tarixdə, özünün FB səhifəsində canlı yayımda olmuş, həyati təhlükədə olduğunu bildirib və şəxsən sizdən kömək istəmişdir. Lakin bu müraciətdə hec bir nəticə verməmiş və Hec maraqlanan belə olmamışdır. Hökumətdən heç bir kömək olunmadığını görüb, ümidsizləşən Müqabil Baxışov 06.12.2019-cu il tarixdə iki səhifəlik məktub yazaraq özünə intihar etmişdir. Məktublarda və video görüntülərdə özünə intihar etməsinin səbəbkarları, Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlini və Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovu göstərmişdir.
Cənab Prezident!
Qardaşımın ölümündən sonra Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin qaynatası, Zakir Fərəcovun isə təsərrüfat rəhbəri Vaqif Cabbarov mənim mobil telefonuma zəng edərək 40 dəqiqə mənimlə söhbətdə, bu cinayət əməlinin onlar tərəfindən törədilməsini dolayısı ilə o təsdiq edir və barışıq təklif edir ki şikayətçi olmayaq. Həmin danışıqda Vaqif Cabbarov mənə istədiyim qədər pulda təklif edir.
Bütün bu dəlil sübutları ağır cinayətlərə dair işlər idarəsinə təqdim etməyimizə baxmayaraq heçbir nəticə əldə olunmayıb. Bir ildir Cinayət işi barədə bizə heç bir məlumat verilmir.
Cənab Prezident!
Mərhum qardaşım Müqabil Baxışov Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin korrupsiya əməlləri barədə sizə məlumat verdiyi üçün Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov və Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən qətlə yetirildi. Hal hazırda qardaşımızın qanını tələb etdiyimiz üçün bizdə təhdid olunuruq. Artıq sifarişli həbslərə start verilib.
Cənab Prezident!
Bütün Azərbaycan xalqı biıirki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun kəsdiyi başa sorğu sual yoxdur. Azərbaycan respublikasının bütün güc strukturları və məhkəmə orqanları onun dediyini etməmək iqtidarında deyil. Zakir Fərəcovun yaxın qohumu, fermer təsərrüfatının rəhbəri və Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlinin qaynatası Vaqif Cabbarov, digər qardaşım ünsiyyət Baxışovu təhdid etməyə başlayıb. Yaxın vaxtlarda Ünsiyyət Baxışovun hansısa bədbəxt hadisə nəticəsində dünyasını dəyişib xəbərini eşitsəniz, heç təcüblənməyin.
Zakir Fərəcov, Aqil Nəzərli və Vaqif Cabbarovlar, elə bir müqəddəs varlıqdılar ki, bu varlıqlara şəkk edən insanların 50 faizi özünə intihar, 40 faizi həbs olunur 10 faizi isə bədbəxt hadisə nəticəsində dünyasını dəyişir.
Cənab Prezident!
4- il Azərbaycan respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda bütün cəbhə boyu ərazilərdə döyüş tapşırığını yerinə yetirmişəm. Yeni Azərbaycan partiyasının üzvüyəm və 17 ildir müəllim işləyirəm.
Diqqət edin:
Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli isə vətənə xəyanətdə ittiham olunan keçmiş batalyon komandiri Vaqif Cabbarovun yeznəsidir.
Aqil Nəzərli hərbi xidmətdən saxta yollarla yayınıb. Aqil Nəzərlinin ali təhsil haqqında diplomu saxtadır.
Aqil Nəzərli ali məktəbə qəbul imtahanlarında iştirak etməyib.
Aqil Nəzərli özəl məktəb, Futralogiyanı bitirib”.

OperativXeber.Az


337

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Vidadi İsayevin yaxın adamının həbs səbəbi: Bərdə başçısı təşvişdə...
“Milli Məclis işi” üzrə məhkəmə başladı - İlginc təfərrüatlar
Bakı meri qar sınağından çıxa bilmədi
Adil Vəliyevin bu Qazimizdən xəbəri varmı? - "Dövlətdən ev istəmirik, iş istəyirik..."
Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA

Vidadi İsayevin yaxın

“Milli Məclis işi” üzrə

Bakı meri qar sınağından çıxa

Adil Vəliyevin bu Qazimizdən

Vətən müharibəsinin

“Ramiz Mehdiyev yazda komanda

ABŞ İran qüvvələrinə DƏHŞƏTLİ

Ermənistanda baş verənlərə

Prezident İlham Əliyev “Ana

Dünyada ilk dəfə: Türkiyə

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.