• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Şuşaya 5 kilometr qalıb? – Millət vəkili “Qarabağ klanının oyunudur” deyir, ekspert isə...

30-10-2020, 12:00 | Baxılıb: 332
“Şuşaya 5 kilometr qalıb? – Millət vəkili “Qarabağ klanının oyunudur” deyir, ekspert isə...

Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan ötən gün Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.

Bu düşmən tərəfin əvvəlki ritorikasından əl çəkərək, məğlub olduqlarını açıq etiraf etməsi deməkdir. Bununla belə, sosial şəbəkələrdəki müzakirələrdə bunun növbəti erməni hiyləsi ola biləcəyi haqda fikirlər səsləndirilir.

Maraqlıdır, bu cür açıqlamanın verilməsi reallığa əsaslanır, yoxsa yeni düşmən təxribatıdır?


OperativXeber.Az bildirir ki, məsələ ilə bağlı deputat Asim Mollazadə bu xəbəri Ermənistandakı Qarabağ klanının oyunu adlandırıb:

"Bu cür açıqlamanın verilməsi çox güman ki, Ermənistanda mövcud olan qarabağlı klanının oyunudur. Bu onların daxili siyasi oyunlarıdır, bir-birləri ilə oynayırlar”.

Politoloq Zərdüşt Əlizadə isə Ermənistan tərəfinin bu cür açıqlama verməsinin reallığa əsaslandığını və onların bunu bəyan etməyə məcbur qaldıqlarını qeyd edib:

"Müharibədə uduzan tərəf adətən çalışır ki, cəbhədəki proseslər barədə məlumatı malalasın, yumşaltsın və xalqına acı həqiqəti deməsin. Amma indi elə məqam yetişib ki, Araik Arutyunyan kimi mənəviyyatsız insan da reallığı deyib, xalqı oyatmaq istəyir. Çünki o bilir ki, Şuşa Qarabağın açarıdır.

Əvvəl onlar deyirdi ki, Azərbaycan tərəfi yalan danışır, irəliləmir, biz əks hücuma keçmişik. Amma indi bütün istiqamətlərdə Azərbaycanın qələbəsini gördükləri üçün ordumuzun Şuşa istiqamətinə daxil ola biləcəyi xəbərini gizlədə bilmirlər. Buna görə də xalqı səfərbərliyə çağırırlar”.


OperativXeber.Az


332

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Dünya üzrə COVID-19-a yoluxma statistikası: 98 milyonu keçdi
Rusiyadan oyunbazlıq: Paşinyanın adamları Qarabağa ayaq açıb - Kim “yaşıl işıq” yandırır?
Paşinyan diaspor heyətini Xankəndinə göndərir: Gorbagor olmuş "qurum" nəyə çalışır?
Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi – YENİ TƏYİNAT
Bakıda 11 maşın toqquşdu - Çox sayda xəsarət alan var - VİDEO
Əməliyyat edilməli olan şəhid övladı yardım istəyir-ÜRƏKDAĞLAYAN FOTOLAR

Dünya üzrə COVID-19-a yoluxma

Rusiyadan oyunbazlıq:

Paşinyan diaspor heyətini

Kamran Əliyev məşhur

Bakıda 11 maşın toqquşdu -

Əməliyyat edilməli olan şəhid

“Deyir ki, Əli Həsənovun

“Leyla Yunus üçün əsas pul

"Lotu Quli"nin adam

Lerikin icra başçısından

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.