• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?

28-11-2020, 11:19 | Baxılıb: 260
“Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri ilə görüşüb: - bəs Fuad Əliyev hardadır?

Noyabrın 26-da Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn ilə görüşüblər.

OperativXeber.Az bildirir ki, görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.

Görüşün əsas məqsədi sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycan qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə Kanadalı azərbaycanlıların fikirlərini Xarici işlər nazirinə çatdırmaq olub. Görüş zamanı bildirilib ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın sözügedən münaqişəyə dair mövqeyini yaxından izləyir. Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.

Nazir Şampeyn deyilən fikirləri diqqətlə dinləyib, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb. O deyib ki, müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırlması üçün bütün gücü ilə səy göstərib. O, eyni zamanda, Kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu da söyləyib.

Görüşdə KAŞ-ın Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montreal-dan olan üzvləri iştirak ediblər.

Görüş iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Füzuli və Şuşadan olan KAŞ üzvlərinin olması da nazirin diqqətinə çatdırılıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilib.

Qeyd edək ki, KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirib.

Musavat.com arayış üçün onu da bildirir ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadada yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb. Onun fəaliyyətinin bir fraqmeti ilə Musavat.com platforması vasitəsi ilə oxucularımız da tanış oldular.

Lakin bu məqamda ortaya maraqlı bir sual çıxır: Azərbaycanın Kanadadakı rəsmi şəxsi haradadır? O niyə bu proseslərdə yoxdur, olmadı, indi də görünmür? Söhbət Azərbaycanın Kanadadakı Müvəqqəti İşlər Vəkili Fuad Əliyevdən gedir.

''G7''-lərdən biri olaraq və başqa göstəricilərə görə Kanada strateji bir ölkədir. Həm də burada erməni lobbisinin təsirləri kifayət qədər güclüdür. Bu baxımdan, Kanada həm də diplomatik mübarizə müstəvisidir. Lakin təəssüf ki, Azərbaycanın bu mübarizəsində onun Kanadadakı diplomatı Fuad Əliyev yoxdur. Onun işi deyəsən yalnız hər ay dövlətimizin büdcəsindən yüksək maaş alaraq, rahat həyatını sürdürməkdən ibarətdir. Kanadada yaşayan azərbaycanlılar çox fəaldır, müxtəlif icmalar ana vətənləri üçün əllərindən gələni edirlər. Bunlara küçə yürüşlərini, mitinq və qapalı aksiyaları, əlamətdar günlərlə bağlı tədbirləri də əlavə etmək olar. Kanadada fəaliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Mərkəzi (Azerbaijani Women's Support Centre) Vətən Müharibəsində həlak olan Şəhid ailələrinə yardımlar, təqaüdlər belə təşkil edir. Lakin bu proseslərin heç birində Azərbaycanın Müvəqqəti İşlər Vəkilliyi yoxdur.

Görünür, Azərbaycan dövləti və yeni nazir XİN sistemindəki islahatları daha dərinləşdirməli və sürətləndirməlidir.

OperativXeber.Az


260

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Rusiyadan oyunbazlıq: Paşinyanın adamları Qarabağa ayaq açıb - Kim “yaşıl işıq” yandırır?
Paşinyan diaspor heyətini Xankəndinə göndərir: Gorbagor olmuş "qurum" nəyə çalışır?
Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi – YENİ TƏYİNAT
Bakıda 11 maşın toqquşdu - Çox sayda xəsarət alan var - VİDEO
Əməliyyat edilməli olan şəhid övladı yardım istəyir-ÜRƏKDAĞLAYAN FOTOLAR
“Deyir ki, Əli Həsənovun evində erməni var...”

Rusiyadan oyunbazlıq:

Paşinyan diaspor heyətini

Kamran Əliyev məşhur

Bakıda 11 maşın toqquşdu -

Əməliyyat edilməli olan şəhid

“Deyir ki, Əli Həsənovun

“Leyla Yunus üçün əsas pul

"Lotu Quli"nin adam

Lerikin icra başçısından

Əhali ölkəmizin vaksinasiya

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.