• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin - ÇAĞIRIŞ

22-01-2021, 10:02 | Baxılıb: 91
“Əhali ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsin - ÇAĞIRIŞ

Sevindirici haldır ki, artıq yanvarın 18-dən ölkəmizdə COVİD-19 virusuna qarşı vaksinasiya tədbirlərinə başlanılıb. Amma çox istərdik ki, insanlarımız vaksinlərlə bağlı aparılan anti-təbliğatlara yönəlmiş məlumatlara inanmasınlar, ölkəmizin vaksinasiya tədbirlərinin təhlükəsizliyinə güvənsinlər.

OperativXeber.Az bildirir ki, bunu Trend-ə tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, vaksinasiya pandemiya və epidemiyaya səbəb olan yoluxucu xəstəliklərlə mübarizədə ən effektli yoldur.

Son yüz ildə peyvəndlərin bir çox xəstəliyin zərərlərini azaltmağa kömək etdiyini vurğulayan mütəxəssis əlavə edib ki, 1960-cı illərdə qızılcaya qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü:

"ÜST-nin məlumatlarına görə, 2000-2017-ci illər aralığında qızılca ölümlərinin sayı 80 faiz azalıb. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu. Bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomelit tamamilə yox olub".

Y.Abdiyeva Azərbaycanda istifadə edilən vaksinlərin təhlükəsiz olduğunu və onun təhlükəsizliyinin Türkiyədə laboratoriya sınaqlarında təsdiqləndiyini də söyləyib:

"Bu gün bir çoxları hesab edirlər ki, vaksinlərin təhlükəsi var. Vaksin vurdurduqdan sonra baş ağrısı, yüngül qızdırma, halsızlıq kimi əlamətlər müşahidə edilə bilər. Bu əlamətlərə də hamıda deyil, bəzi insanlarda rast gəlinə bilər. Virusa yoluxduqda da bu əlamətlər daha kəskin, hətta daha ölümcül olur. Artıq pandemiyanın başlanıldığı ötən dövr ərzində bu xəstəliyin nələrə səbəb olmasının şahid olmuşuq. Buna görə də ən yaxşısı budur ki, vaksin strategiyasında hədəf qruplar kimi müəyyən edilmiş insanlar peyvənd olunmaqla öz sağlamlıqlarını qorusunlar.

Peyvəndlər icad olunana qədər dünya bugünkündən çox-çox təhlükəli idi. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib".

OperativXeber.Az


91

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qardaş ölkədən növbəti acı xəbər – Əsgərlərlə dolu hərbi maşın aşdı
Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTO/VİDEO
Novruzda koronavirusun daha çox “cücərəcəyi” XƏBƏRDARLIĞI
Ermənistanla sərhəd-keçid məntəqələri açılır? - Video

Qardaş ölkədən növbəti acı

Amerikada xəstəxanaya

Bahar Muradovanın şübhəli

DİN bu şəxslə bağlı əhaliyə

Novruzda koronavirusun daha

Ermənistanla sərhəd-keçid

Jirinovski yaxın aylarda

Ermənilər Qarabağda bütün

Prezident İlham Əliyevin

Həbs olunan nidaçı gənc

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.