• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Rövnəq Abdullayevin iflası, SOCAR-ın xilası...

27-01-2021, 10:38 | Baxılıb: 195
“Rövnəq Abdullayevin iflası, SOCAR-ın xilası...

Hələ keçən ilin avqustun 6- da ölkənin iqtisadi vəziyyəti müzakirə edilərkən, Azərbaycan prezidenti İlham Əliyev dövlətə məxsus neft və qaz nəhəngi - SOCAR şirkətini israfçı xərcləmələr və layihələri həyata keçirmək üçün öz gəlirlərinə deyil, dövlət büdcəsinə üz tutduğuna görə tənqid etmişdi.

Bu tənqiddən sonra bəzi iqtisadçılar bildirmişdi ki, dərhal ciddi struktur addımlar atılmazsa, SOCAR 2023-cü ilə qədər iflasa uğraya bilər. Məhs bu hadisədən sonra SOCAR və onun rəhbəri Rövnəq Abdullayev haqqında fərqli söz-söhbətlər yayılmağa başladı. Bu qrumda tezliklə ciddi İslahatların və araşdırmaların aparılacağı barədə fikirlər dolaşmağa başladı. Pande- miyə və “2-ci Qarabağ müharibəsi bu prosesi gecikdirsə də keçən həftə Azərbaycan Prezidenti İlham Əliyevin bu qrum barədə imzaladığı sərəncam məsələyə qismən nöqtə qoydu. Amma dediyimiz kimi qismən. SOCAR-ın idarə etməsində ciddi dəyişiklik olsa da hələ də, qrumun rəhbəri Rövnəq Abdullayev barəsində gəzən söz-söhbətlər yekunlaşmayıb. Rövnəq Abdullayevin əlindən SOCAR-ın idarə etməsi qismən alınsada onun indiyə qədər yaratdığı biznes imperiyasının pul mənbəyi qaranlıq olaraq qalır. Bu baxımdan sizə son illər SOCAR şefinin mətbuatda yayımlanan bəzi biznes qurumları barədə məlumatlarını diqqətinizə çatdırırıq.



Rövnəq Abdullayev tək SOCAR-ın prezidenti deyil...

SOCAR prezidenti Rövnəq Abdullayev təkcə ölkənin bir nömrəli dövlət şirkətini idarə etmir. Jurnalist araşdırması nəticəsində müəyyən olunub ki, onun nəzarəti altında Azərbaycanda onlarla başqa özəl şirkət də var. Bu şirkətlərin idarəçiliyi R. Abdullayevin qohumlarına və etibarlı adamlarına həvalə edilib.

R.Abdullayevə bağlı olan şirkətlər əsasən tikinti və kənd təsərrüfatı istehsalı sahəsində çalışır. Bununla belə o, təmsilçiləri vasitəsilə maliyyə sektorunda iştirakını artırmaqdadır.

2012-ci ilin iyulundan sonra yaradılan şirkətlərdə R.Abdullayevin benefisiar (gəlirdən son xeyirgötürənlərdən biri) olduğunu şirkətlərdəki əsas fiqurlar və təkrarlanan qeydiyyat ünvanları ilə müəyyən etmək olar. Bu şirkətlərin əksəriyətinin internet səhifəsi olmadığından fəaliyyətləri barədə ictimaiyyətə açıq məlumat yoxdur.

Şirkətlərin bir çoxunun idarəetməsi SOCAR prezidentinin qohumu olduğu bildirilən Adəm Əliyevin əlində cəmləşib. 2018- ci ildə ləğv edilmiş “Xincab” MMC avtotəmir məntəqəsi kimi fəaliyyət göstərirdi. Adını Naxçıvan şəhərinin məhəllələrindən birindən alan bu şirkətin kapitalı ləğv edilməzdən qabaq 246 min manatdan 1 milyon 106 min manata qaldırılmışdı. Müəssisənin direktoru Adəm Əliyev idi. O, eyni ünvanda (Bakı şəhəri, Nizami rayonu, Nəvai küçəsi, 15) yerləşən “Bakimpeks” MMC-nin rəhbəridir. A.Əliyevin direktor olduğu daha bir şirkət isə “Sərv” MMC-dir. “Sərv” MMC ilə “Ey- ros” MMC-ni başqa bir ünvan (Bakı şəhəri, Nərimanov rayonu, Sülh döngəsi 2, ev 2, mənzil 16) birləşdirir. Birinci şirkətin nə işlə məşğul olduğu məlum olmasa da, digəri SOCAR-la ortaqdır. 2007-ci ildə Türkiyənin “DHT Holding” şirkətlər qrupuna bağlı olan “A.S.M Metal Uluslararası Dış Ticarət Şirkəti” ilə “SOCAR- ASM” MMC qurulub. Şirkətdə SOCAR-ın iştirak payı 30 faiz, Türkiyə tərəfinin payı isə 40%- dir. Üçüncü təsisçi isə “Eyros” MMC-dir. “SOCAR-ASM” şirkətinin əsas funksiyası Xəzər dənizində və quruda istifadəsiz metal qurğuların sökülməsi, batmış gəmilərin, istismar müddəti bitmiş boru xətlərinin kəsilərək çıxarılmasından ibarətdir. 2010- cu ildə bu birgə müəssisənin 2,3 milyon manat mənfəət qazanıb. “Eyros” MMC-yə isə hələ qayıdacağıq Azərbaycanda 1990-cı illərin əvvəlində “Tapet” yanacaqdol- durma məntəqələrinin yaradal- ması ilə biznes quran Turanlılar ailəsinə məxsus adıçəkilən hol- dinqlə Adəm Əliyev vasitəsilə işgüzar əməkdaşlıq bununla məhdudlaşmır. Holdinqlə ortaq- lıq kimi qurulan bir çox şirkətdə (“Azər Toxum” MMC, “Azər Aq- ro” MMC, “AST Beynəlxalq Tikinti” MMC, “Azər Yem Sənaye” MMC) Adəm Əliyev rəsmi təsisçilər arasındadır. Qeyd olunan şirkətlər əsasən kommersiya hüquqi şəxslərin təsisçilərinin adlarının kommersiya sirri kimi gizli saxlanılmayan dövrdə yaradılıb. Bu şirkətlər Türkiyənin “DHT Holding” şirkətlər qrupuna daxildir. Qrup Azərbaycanda daha bir neçə şirkətlə təmsil olunur.



Türkiyəli ortaqlar

“Azər Toxum” MMC və “Azər Aqro” MMC 2008-ci ildə Adəm Bayram oğlu Əliyev və Türkiyə vətəndaşı Emin Fahrettin Ba- burşahın təsisçiliyi ilə yaradılıb. Bir müddət sonra “Azər Toxum” MMC-də təsisçilərin strukturu dəyişib, onların arasına “Azər Aqro” MMC (payların 19,78 faizi) və dövlətə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ - 17,46%) daxil olub. “Azər Toxum” MMC nizamnamə kapitalı 100 manatdan 18,9 milyon manata, “Azər Aqro” MMC-nin - 4,4 milyon manata qaldırılıb. AİŞ Yevlax rayonunda ildə 100 min ton taxıl toxumu istehsal etmək planları quran toxumçuluq müəssisəsinin yaradılmasına şəriklərin 24 milyon ABŞ dolları sərmayə yatırdığını bildirir. Son 10 il ərzində “Azər Toxum” layihəsindən dövlətin nə qazanc götürdüyü haqda AİŞ informasiya vermir.

DHT qrupu “Azər Aqro” MMC-nin Azərbaycanda 10 min hektar sahədə əkinçilik, eləcə də damazlıq maldarlıqla məşğul olduğunu açıqlayır. Qeyd edək ki, işadamı E. Baburşah Azərbaycanda daha bir neçə şirkətin (“Azərtibbisənaye Qazlar” MMC, “Nota Lojistik” MMC və “A.S.M Metal Uluslararası Dış Ticarət Şirkəti”nin filialı) rəhbəridir.

“AST Beynəlxalq Tikinti” MMC-ni 2007-ci ildə Adəm Əliyev və ibrahim Kınyas Hüseyin Gürcü (Türkiyə vətəndaşı) təsis ediblər. 2008-ci ilin yanvarında təsis paylarında dəyişiklik edilib və “DHT Holding” indi onu öz qrupuna aid edir. Bu şirkət SOCAR-a məxsus yanacaqdol- durma stansiyalarının konsepti- nin müəllifi olmaqla yanaşı, dövlət neft şirkətinin Buzovnadakı VİP Qonaq Evinin tikintisində də iştirak edib.

“Azər Toxum” MMC və “Azər Aqro” MMC-yə Zeynal Hacı- məmməd oğlu Əliyev rəhbərlik edir. O, həm də “Azər Yem Sənaye” MMC, “Azər Hunting” MMC, “Ameliorator” MMC və “AST Beynəlxalq Tikinti” MMC- nin direktorudur. 68 yaşlı Z. ƏliyevŞuşaşəhərindən məcburi köçkündür.Şuşaşəhərində G.Əsgərov küçəsi, ev 7-də qeydiyyatda olan Zeynal Əliyevin müvəqqəti qeydiyyat ünvanı Bakının Yasamal rayonundakı yataqxanalardan biridir.

Zeynal Əliyev 1998-ci ildə “Naxçıvan” Sığorta Kommersiya Şirkəti adı ilə təsis olunun, 2010-cu ildən “Meqa Sığorta” ASC adı altında fəaliyyət göstərən sığorta şirkətinin 6 təsisçisindən biri olub. Hazırda o, şirkətin səhmlərinin 10 faizinin sahibi kimi təqdim olunur. Onun oğlu Rauf bu sığorta şirkətinin səhmdarları sırasına daxil olarkən 6 yaşı vardı. Hazırda onun “Meqa Sığorta” ASC-nin nizamnamə kapitalındakı payı 2 milyon 755 min manat və ya 19%-dir.

Rauf Əliyev 2017-ci ildə həm də “Rabitə Bank” ASC-nin səhmdarı olub. O, bu bankın səhmdarı, eləcə də “Meqa Sığorta” ASC-nin Müşahidə Şurasının üzvü olan Yaşar Qurbanovun səhmlərini əldə etməklə səhmdarlar arasına daxil olub. Ötən ilin mayında R. Əliyev bank kapitalındakı payını 40,6%-ə çatdırıb. Bu səhmlərin əldə olunması üçün ödənilən vəsaitin ümumi məbləği 41,1 milyon manatdır.



Rövnəq Abdullayevin övladları biznesdə

R.Əliyev həm də “Trust Holding” MMC, “Solid Construction A” MMC, “Black Sapphire” MMC- nin və “Faza” Mənzil Tikinti Kooperativinin rəhbəridir. 2014-cü ilin yayında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, ev 237/14, 3 nömrəli mənzildə yaradılan daha iki şirkətin (“Far invest” MMC və “Z Kommers” MMC) ilk direktoru olub. Bu ünvandakı daha iki şirkət Rövnəq Abdullayevin övladlarının rəhbərliyi ilə yaradılıb. Rəşad Abdullayev “AR Construction” MMC-nin, Sevinc Abdullayevə isə “AS Building” MMC-nin ilk direktoru idilər. Rəşad Abdullayevin Türkiyədə qurduğu “Alpha Roger Proje İnşaat ve Gayrimen- kul Danışmanlık Sanayi ve Tica- ret Anonim Şirketi”nin filialı da bu ünvandadır. Hazırda “AR Construction” şirkətinin direktoru Günay Elmir qızı Məmmədova, “AS Building” şirkətinin rəhbəri isə Rüfət Bürhan oğlu Əliyevdir. Bu iki şəxs Rövnəq Abdullayevə bağlı olan daha bir neçə şirkəti idarə edirlər.

Dövlət reyesrt məlumatlarına əsasən, G.Məmmədova “Brilliance” MMC, “Solemn” MMC, “Simple Care” MMC və “Ameri-texLLC” MMC-nin direktorudur. Sonuncu şirkət bir müddət bundan öncə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun “Garant Holding” şirkətlər qrupunun daxilində idi və Bakıdakı “Meridian” oteli onun mülkiyyətindədir.

Rüfər Əliyev “Z Kommers” MMC, “Star-RA” MMC və “T Ag- roculture” MMC-nin direktorudur. Sonuncu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər pospekti, ev 93, mənzil 30-dur. Bu mənzildə daha bir neçə şirkət (“T Smart” MMC, “T Vision” MMC və “T Pro” MMC) qeydiyyata alınıb. Onlara rəhbərlik etmək Zakir Rafik oğlu Hüseynova tapşırılıb.

Gözəllik salonuna sığışan 20 şirkət

SOCAR prezidentinə yaxın şirkətlərin bir çoxunun rəsmi ünvanı Bakı şəhəri, Qara Qarayev prospekti, ev 30/42, mənzil 17-dir. Mənzil deyəndə ki, onun təyinatı dəyişdirilib və hazırda burada icarə əsasında gözəllik salonu fəaliyyət göstərir. Mənzildə azı 20 şirkət (“Azəri Layt” MMC, “Samir” firması, “Olimp İsk” MMC, “Naftalan-Mall” MMC, “Tripesta Travel" MMC, “Xəzər- İR” MMC, “Story Time Uşaq Bağçası” MMC və s.) qeydiyyatdadır. Onlardan biri yuxarıda adı çəkilən “Solid Construction A” tikinti şirkətidir. Şirkət Dərnəgül prospektində üçmərtəbəli ticarət mərkəzinin (sahəsi 4,5 min kv.m), həmin ərazidə yanacaqdoldurma məntəqəsinin, eləcə də Qara Qarayev prospektində və Cəlil Məmmədquluzadə küçəsində 16-mərtəbəli yaşayış evlərinin tikintisinin sifarişçisidir. Burada qeydiyyatda olan “Tam- İnşaat” MMC Bakı-Salyan şosesinin şimal hissəsində, “Komfort- R” MMC isə Lökbatan-Xocahə- sən yolunun şimal hissəsində çoxsaylı istehsal obyektləri inşa edib, “Olimp İSK” MMC ilə Bakıxanov qəsəbəsində mini futbol meydançaları qurub.



Neftçi, yoxsa iş adamı?

“Rafiq İbrahimov Qara Qarayev prospektindəki mənzilin ona məxsus olduğunu, oradakı bir çox şirkətləri də özü yaratdığını deyir. “Şirvan-N” şirkətinin direktoru və təsisçisi mən idim. Şirkətin Naftalan şəhərində otel kompleksi vardı, özüm tikmişdim. Sonra o şirkəti satdım. Yeri gələndə neft şirkətinin podratçı- sıyam. Tenderdə qalib gələndə gedib işləyirik. Söhbət quruda tikinti işlərindən (bina və s.) gedir. Rövnəq Abdullayevlə mənim heç bir əlaqəm, bağlılığım yoxdur.”. Sahibkar MeydanTV-yə danışıb. R. İbrahimov onun mülkiyyətində olduğunu iddia etdiyi mənzildə digər şirkətlərin qeydiyyata alınmasından xəbərsiz olduğunu, bu şirkətləri tanımadığını bildirir.”

Q.Qarayev prospektindəki ünvanda qeydiyyatda olan şirkətlərin ikisinə (“TMİ.İnşaatçı” MMC və “İnşaat-EB” MMC) Elçin Bədəlov başçılıq edir. O, SOCAR-ın sosial məsələlər üzrə vitse-prezidenti Bədəl Bədəlovun oğludur. E.Bədəlov bir müddət “Azərenerqoservis” MMC-nin də təmsilçisi olub. Hazırda isə bu şirkətin direktoru Rafiq Oqtay oğlu İbrahimovdur. R.İbrahimov bir müddət “AR Construction” şirkətinə də rəhbərlik edib. Hazırda Rafiq İbrahimov “Tam-İnşaat” MMC, “Kom- fort-R” MMC, “Aqrobağ” MMC, “Real-Kommers” MMC və “Rahat Mənzil-R” MMC-lərin direktoru vəzifəsini daşıyır. Hələ 2015-ci ilədək o həm də “Şirvan-N” MMC-nin direktoru idi. Naftalan- dakı “Qaşaltı” sanatoriyası bu şirkətə məxsus idi. Sonralar şirkətin sahibləri və adı dəyişdi. İndi şirkət fəaliyyətini “Yeni Naftalan Hotel Company” MMC adı ilə keçmiş “Mechanic Supply and Servise” MMC, “Mechanic Supply Service” MMC, “Electro Makina” MMC, “interactive Supply Solutions” MMC və “infinity Supply” MMC-nin direktorudur. “Mechanic Supply and Servise” MMC-ni artıq ləğv ediblər.

Sahibkarlar Prezidentdən imdad dilədi

Ötən say lari mızda Şəkidə sahibkarlara qarşı törədilmiş soyğunçuluq faktı ilə bağlı yazı dərc etmişdik və apardığımız araşdırmalardan sonra daha maraqlı faktlar ortaya çıxdı. Belə ki, prosesdə artıq daha böyük və daha nüfuzlu məmurların adı gündəmə gəlməkdədir. Gəlin öncə məlum faktı bir daha yada salaq və daha sonra ortaya çıxan yeni faktlara aydınlıq gətirək. Qeyd etmişdik ki, Şəki rayonunun icra hakimiyyətinin başçısı Elxan Usubov rayonda dörd sahibkara təzyiq göstətərək onlara məxsus yüz hektarlarla ərazini ələ keçirib. Belə ki, şikayətçilər, sahibkar Heydərov Aydın, Məcidov Hənəfi, Soltanov Qurban, Mənəfov Novruz redak- siyamgza bildirmişdilər ki, 2019- cu ildə başçı Elxan Usubov onları yanına çağıraraq Prezident Admnistrasiyasında çalışan mühüm post sahibinin adından danışaraq 740 hektarlıq ərazini təhvil verməyi tələb etmişdir



Rövnəq Abdullayev izi

Qeyd edək ki, illər öncə Elxan Usubov bu torpaqları dövlət tələblərini təmin etmək adı ilə almışdı və qeyd olunurdu ki, torpaqlar “Azərtoxum”un balansına verilir. Ancaq sonra aydın oldu ki, ərazi icra başçısının, “Azərto- xum”un rəhbəri Zeynal Əliyevin və daha bir neçə nəfərin arasında bölünüb. Bax əsas məsələ də Zeynal Əliyevlə bağlıdır. Ən azı ona görə ki, Zeynal Əliyev ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin qudasıdır. Və bu torpaqlar ələ keçirilən zaman Rövnəq Abdullayevin adından istifadə olunub. Bundan Rövnəq Abdullayevin xəbəri olub-olmamasını isə deyə bilmərik. Amma məsələ burasındadır ki, icra başçısı və Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi İlkin Süleymanov bütün bu maxenasiyaları onların adından ediblər. Hətta “Azərtoxum” təşkilatının icraçı direktoru Məzahir Qasımov daha uzağa gedərək İlkin Süleymanovun sahibkarlara söylədiyi yalana doğruluq donunu geyindirmək üçün yeni “yol xəritəsi”ni də sahibkarlara söyləyib. Onun deməsinə görə Rövnəq Abdullayevin qudasının Şəki “əməliyyatı” başlanan zaman başqa bir dövlət məmurununda adı hallanmağa başlayıb. Bu şəxs isə ARDNŞ-nin vitse-prezidenti Bədəl Bədəlov olub. Deyilənə görə Bədəl Bədəlov icra başçısı Elxan Usubovla Zeynal Əliyevin arzularını həyata keçirtmək üçün hərəkətə keçib. O, PA-da yüksək vəzifədə çalışan tanınmış bir məmura xahiş edir ki, bu torpaqların Zeynal Əliyevə verilməsi üçün Elxan Usubova tapşırıq versin. Güya Bakıdan belə tapşırıq gəlir və bundan sonra icra başçısı sahibkarlara yalan söyləməklə torpaqların bir hissəsini Zeynal Əliyevə verir, yerdə qalanlarından isə özü istifadə edir.

Amma başqa fikirlərdə səslənməkdədir. Bildirilir ki, bu torpaqları hələ öncədən Elxan Usubov ələ keçirtmək istəyibmiş. Buna görə Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi İlkin Süleymanovu yanına çağıraraq torpaqları hansı yolla ələ etməyin mümkünlüyünü soruşur. Qısa araşdırmadan sonra İlkin Süleymanov icra başçısına “ağıllı” məsləhət verir. O, hesab edir ki, Rövnəq Abdullayevin qudası Zeynal Əliyevin Şəkidə fermer təsərrüfatı yaratmaq istəyindən yararlanmaq olar. Ən azı ona görə ki, Zeynal Əliyevin adı olan yerdə Rövnəq Abdullayevin, onun yaxın çevrəsinin və PA-nin məsul şəxslərinin adından yararlanmaq olar. Beləcə qısa müddətdə Rövnəq Abdullayevin, Bədəl Bədəlovun və PA-nin rəsmisinin adından istifadə olunub.

Hər halda ən doğrusunu bu oyunları quran Şəki Regional Yer Quruluşu və Kadastr Tədqiqat Mərkəzinin 12 saylı Şəki Lahiyə İdarəsinin rəisi İlkin Süleymanov, Məzahir Qasımov və icra başçısı bilər. Sonda bunu da qeyd edək ki, hazırda İlkin Süleymanov Prezidentin böyük etimad göstərdiyi Mikayıl Cabbarovun naziri olduğu İqtisadiyyat Nazirliyinə tabedir və inanırıq ki, Mikayıl Cabbarov sahibkarların başına oyun açan əməkdaşı İlkin Süleymanovun fəaliyyətini nəzarətə götürəcək.

Sahibkarlardan Prezidentə çağırış

Beləliklə gördüyünüz kimi Hollivud filmlərinin ssenarisini xatırladan Elxan Usubov və İlkin Süleymanovun ssenarisi nəticəsində dörd fermer tam müflis hala düşüblər. Fermerlər isə hesab edir ki, onları bu zülmdən, haqsızlıqdan yalnız Prezident İlham Əliyev xilas edə bilər. Çünki Prezident hər zaman sahibkarların yanında olub və onların hüquqlarını qoruyub. Sahibkarlar əmindir ki, Şəkidə adi yoxlamalar aparılarsa icra başçısı Elxan Usubov nəinki vəzifəsindən azad olunar, eyni zamanda onun haqqında qalaqlarla cinayət işləri açılar. Bir media orqanı olaraq sahibkarların müraciətlərini oxuculara çatdırmaq bizim borcumuzdur və yazıda adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

OperativXeber.Az


195

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Gədəbəydə yağan qar yollarda çətinlik yaratdı
Meyvə-tərəvəz mağazası yandı
Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?
Vətəndaşlara XƏBƏRDARLIQ: Bunu etməsəniz 50 MANAT CƏRİMƏ OLUNACAQSINIZ - VİDEO
Rusiya dünya çempionatından məhrum edildi
Bayramda 450 məhbus azad ediləcək? - Əfv gözlənilir

Gədəbəydə yağan qar yollarda

Meyvə-tərəvəz mağazası yandı

Vaksinasiya xaricə gedənlərin

Vətəndaşlara XƏBƏRDARLIQ:

Rusiya dünya çempionatından

Bayramda 450 məhbus azad

Bərdə xəstəxanasında biabırçı

Ukrayna mətbuatı Prezident

Keçmiş spiker bu il həbs

SON DƏQİQƏ: Ermənistan ordusu

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.