• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

ƏLİ HƏSƏNOVUN DAHA BİR KADRI YOLA SALINDI - Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı

31-03-2021, 09:58 | Baxılıb: 32
“ƏLİ HƏSƏNOVUN DAHA BİR KADRI YOLA SALINDI - Nuşirəvan Məhərrəmli 18 illik vəzifəsilə vidalaşdı

Nuşirəvan Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvlüyündən çıxarılıb.

OperativXeber.Az bildirir ki, bu barədə "Report"a açıqlamasında N.Məhərrəmli özü məlumat verib.

Onun sözlərinə görə, Şuranın üzvlüyündən çıxarılması səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Qeyd edək ki, N.Məhərrəmli 2003-cü ildən MTRŞ-nin üzvü idi. O, həmçinin 2003-2020-ci illər ərzində şuranın sədri vəzifəsində çalışıb.
Qeyd edək ki, N.Məhərrəmli Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun kadrı hesab olunurdu.
Milli Televiziya və Radio Şurasının sədri vəzifəsinə təyin olunmazdan əvvəl Əli Həsənovun rəhbərlik etdiyi şöbədə böyük referent, sektor müdiri vəzifələrində çalışıb.
Ancaq onların Əli Həsənovla tanışlığı hələ gənclik illərinə gedir. Belə ki, hər ikisi 1985-ci ildə BDU-dan təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinə köçürülüb.
Hər ikisi 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. Maraqlıdır ki, hər ikisi 1992-ci ildə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra isə ölkəyə gələrək, burda məlum sahələrdə fəaliyyətlərini davam etdiriblər. Azərbaycanda mətbuatın acınacaqlı vəziyyətə salınması, telekanalların səviyyəsiz şou məkanına çevirilməsi Əli Həsənovla N.Məhərrəmlinin birgə fəaliyyətinin nəticəsi hesab olunur. Moskva ilə bağlılıqları bunu onların qəsdən etdiklərindən şübhələnməyə əsas verir..."AzPolitika.info"

OperativXeber.Az


32

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Çörəyin arasına siçan zəhəri qoyub dilənçi qadına verdi - VİDEO
SON DƏQİQƏ: Ermənilər Xankəndini BOŞALTMAĞA BAŞLADI - Hakopyan ELAN ETDİ
Rusiya sülhməramlıları nə qədər ərazini minalardan təmizləyib? - AÇIQLAMA
Türk professordan ŞOK AÇIQLAMA: Bu şəxslər oruc tutmasın!
Toylarda yeni qaydalar tətbiq olunacaq? — AÇIQLAMA
Səfər Mehdiyevlə Qoşqar Təhməzlidən Ramazan bahalaşması: Xurma, kişmiş, düyü…

Çörəyin arasına siçan zəhəri

SON DƏQİQƏ: Ermənilər

Rusiya sülhməramlıları nə

Türk professordan ŞOK

Toylarda yeni qaydalar tətbiq

Səfər Mehdiyevlə Qoşqar

Təklənən Rusiya: Putinin yeni

Demoqrafik təhlükə- Ölkədə

Rusiyalı həkimlər Xocalıda

Azərbaycan nefti ən çox hansı

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.