“Azərenerji” ASC-nin Hərbiləşdirilmiş Mühafizə Dəstəsi MMC-nin 2 Saylı hissəsinin işçiləri Prezident İlham Əliyevə və “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə müraciət ünvanlayıb.
Müraciətin bir nüsxəsini də OperativXeber.Az-a təqdim edən vətəndaşlar əsassız olaraq işdən çıxarılmalarından yazırlar:
Cənab prezident və hörmətli Balababa müəllim
Biz aşağıda imza edənlər bu məktubu Sizə ünvanlamaqda məqsədimiz bundan ibarətdir ki, “Azərenerji” ASC-nin Hərbiləşdirilmiş Mühafizə dəstəsi” MMC-nin 2 Saylı Mühafizə Hissəsində Şirvan İstilik-Elektrik stansiyasında atıcı, baş atıcı və qarovul rəisi vəzifəsində işləmişik. Lakin 2 Saylı hissəyə təyin olunan Təzəxan Yusif oğlu Ağayev işçilərin hüquqlarını pozaraq qanunsuz hallar yaradır. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müxtəlif bəhanələr gətirərək bizi işdən çıxarır. Bu işdə ona havadarlıq edən direktor Teymur Əliyev, kadrlar şöbəsinin məsul işçisi Tahirə xanım, direktor müavini Yusif Zülfüqarov, Balaəhməd Poladov, Cəmaləddin Abışov və silah-sursat şöbəsinin rəisi Həzi adlı şəxs mütəşəkkil şəkildə dəstək olurlar.
Baxmayaraq ki, bizim aramızda Azərbaycanın müstəqilliyi və bütovlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçıları Süleyman Süleymanov, Dilqəm Sahibov, şəhid ailəsi Ümid Yolçiyev və eləcə də əslən Qərbi Azərbaycandan deportasiya olunan, az sayda etnik qrupa daxil olan nümayəndələr də vardır.
Konstitusiya tərəfindən verilmiş hüquqlarımız ayaqlar altına atılıb, Təzəxan Ağayev bütün mümkün üsullarla bizə zülm edir, yerlibazlıq, qohumbazlıq və tayfabazlıq kimi hüquqa zidd əməllərə yol verərək öz yaxınlarını bir aray toplayır.
Bütün bunlar təbi ki, onun dövlətçiliyə etdiyi xəyanətdən irəli gəlir…
Söylənilənlərə misal olaraq Elvin Cabbarovu, Rüfət Məmmədovu, İnqilab Qurbanovu, Rəşid Əkbərovu, Əsgər Nadirovu, Elçin Vahidovu və Vahidov Elsevəri misal göstərmək olar. Adları çəkilən şəxslər, Təzəxan Ağayev tərəfindən müəssisəyə toplanılmış qohum və digər yaxın adamlarıdır. Bunlar azmış kimi T. Ağayev hər ay işçilərdən 2 manat “rüsum” yığır, İdarə tərəfindən bizə verilən vəsiqələri 5 manata satdırır.
Görəsən onun arxasında kimlər durur ki, bu boyda özbaşınalıqlar müqabilində ona dur deyən tapılmır.
Digər qəbuledilməz fakt ondan ibarətdir ki, T.Ağayev YAP-nın işçilərinə qənim kəsilib, onların təşkilatda işləmələrini qəti şəkildə qəbul etməyərək işdən azad etdirir.
Cənab prezident və hörmətli Balababa müəllim
Qanunsuz hərəkətləriylə Sizin siyasətinizə kölgə salan direktor Teymur Əliyev, kadrlar şöbəsinin məsul işçisi Tahirə xanım, direktor müavini Yusif Zülfüqarov, Balaəhməd Poladov, Cəmaləddin Abışov və silah-sursat şöbəsinin rəisi Həzi dövlətin mühüm strateyi obyektində bilərəkdən çaşqınlıq yaradaraq işçiləri hökümətdən incik salır, onları aşağılayaraq əməklərini istismar edirlər.
Biz əmək hüquqları pozulmuş işçilər, baş verənləri dövlətçiliyə zərbə aktı kimi qiymətləndirir və qanunazidd əməllərə hüquqi qiymət verilməsini Sizdən xahiş edirik.
Cənab Prezident, Sizdən çox xahiş edirik ki, aidiyyatı qurumlara göstəriş verməklə vəzifə səlahiiyyələrini aşan, əmək kitabçalarımızı korlayaraq verilməsini gecikdirən, eləcə də son hesablaşma pulumuzu düzgün hesablamayaraq bizə qənim kəsilən məmurlar barəsində radikal ölçülərin götürülsün və bizim iş yerlərinə qaytarılmağımız təmin olunsun.
Biz hər zaman Ali Baş Komandanımızın ətrafındayıq, ona dəstək veririk!!
Hörmətlə:
1 Sahibov Dilqəm
2 Gözəlov Nadir
3 Quliyev Vüqar
4 Qasımov Zaur
5 Səfərov Azər
6 Tahirov Elvin
7 Soltanov Anar
8 Yolçuyev Ümid
9 Şükürov İlqar
10 Məmmədov Zəfər
OperativXeber.Az