• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

"SMS-icazə"nin ləğvindən sonra sərnişindaşıma kəskin artıb

22-01-2021, 11:04 | Baxılıb: 860
“"SMS-icazə"nin ləğvindən sonra sərnişindaşıma kəskin artıb

Ölkə ərazisində xüsusi karantin rejiminin yumşaldılmasından sonra Bakıda marşrutlarda sərnişin sayının artmasına səbəb olub.

OperativXeber.Az bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sərnişin sayının artması "SMS-icazə"nin ləğv edilməsi ilə bağlıdır: "Ümumiyyətlə, ölkədə istər sərt karantin rejiminin tətbiqi, istərsə də karantin şərtlərinin yumşaldılması zamanı əvvəlcədən hazırlanmış nəqliyyat planına uyğun olaraq addımlar atılır. yanvarın 18-dən etibarən ölkədə sms-icazə sisteminin ləğv edilməsi ilə bağlı məlumat daxil olan kimi yenidən nəqliyyat üzrə işlər təşkil olundu, yanvarın 18-də sms - icazə ləğv edilən gün bakıda sərnişin sayında 12 faiz artım oldu. Yanvarın 18-i ilə əvvəlki həftənin eyni gününü müqayisə edərkən, sərnişin sayında 200 min nəfər artım olub. Amma buna baxmayaraq sərnişin daşınmasında hansısa ciddi narazılıq müşahidə olunmadı. Çünki əvvəlcədən plana uyğun olaraq marşrut xətlərindəki avtobusların, həm ehtiyat avtobusların sayı artım ehtimalına uyğyn artırılmışdı. Ona görə də. həmin gün sərnişin sıxlığı ilə bağlı hansısa problem olmadı. Yanvarın 25-dən etibarən Bakıda əksər xidmət və ticarət obyektləri fəaliyyətini bərpa edəcək. Bunun üçün də növbəti həftə üçün yeni nəqliyyat planı hazırlanır. Plana uyğun olaraq xətdə və ehtiyatda olan avtobusların sayı müəyyən edilir, exspres avtobusların intervalı da buna uyğun olaraq hesablanacaq".

M. Ağayev hava şəraiti və sərnişin sayının artması ilə əlaqədar şəxsi avtomobil sürücülərinə də müraciət edib: "Şəxsi avtomobil sürücülərindən xahiş edirik ki, yollarda vəziyyəti nəzərə alsınlar, avtobusların üstünlüyünə şərait yaratsınlar, avtobus dayanacaqlarında avtomobillərini qanunsuz park etməsinlər. Bu cür hallar həm onlar üçün inzibati məsuliyyət yaradır, həm də avtobusların intervallarında gecikmələrə səbəb olur. Bakıda hazırda metro stansiyalarının fəaliyyət göstərmədiyi vaxtlarda avtobusların fəaliyyəti və vaxtında dayanacaqlara çatması vacibdir". report

OperativXeber.Az


860

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Qardaş ölkədən növbəti acı xəbər – Əsgərlərlə dolu hərbi maşın aşdı
Amerikada xəstəxanaya yerləşdirilən Azad Rəhimovdan xəbər var
Bahar Muradovanın şübhəli tenderləri – Yeni yaranmış şirkətlə 200 minlik müqavilə
DİN bu şəxslə bağlı əhaliyə müraciət etdi - FOTO/VİDEO
Novruzda koronavirusun daha çox “cücərəcəyi” XƏBƏRDARLIĞI
Ermənistanla sərhəd-keçid məntəqələri açılır? - Video

Qardaş ölkədən növbəti acı

Amerikada xəstəxanaya

Bahar Muradovanın şübhəli

DİN bu şəxslə bağlı əhaliyə

Novruzda koronavirusun daha

Ermənistanla sərhəd-keçid

Jirinovski yaxın aylarda

Ermənilər Qarabağda bütün

Prezident İlham Əliyevin

Həbs olunan nidaçı gənc

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.