• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları - ŞƏRH

27-01-2021, 10:37 | Baxılıb: 181
“İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları - ŞƏRH

Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir. Azərbaycan-İran münasibətləri ənənvi olaraq regionda dostluq və əməkdaşlıq münasibətləri kimi qiymətləndirilib və qarşılıqlı maraqlara söykənən tərəfdşlığa əsaslanıb.

OperativXeber.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.



Deputat bildirib ki, yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan səfəri zamanı Vətən müharibəsində əldə etdiymiz qələbə münasibətilə səsləndirdiyi təbrik sözləri də bir daha bu dostluq və tərəfadşlığın təzahürü kimi qiymətləndirilməlidir:

"İranın xarici işlər naziri Azərbaycanın qələbəsi nəticəsində regionda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı kimi dəyərləndirdi. Beləliklə də əslində səfərinin məqsədlərini dilə gətirmiş oldu. Doğurdan da Məhəmməd Cavad Zərif yeni reallığı yeni başlanğıc kimi qiymətləndirməkdə haqlı idi. Çünki məhz yeni reallıq regionun iqtisadi-siyasi və mədəni-humanitar potensialının tam gerçəkləşdirilməsi üçün perespektivlər açır.

Bütün bunlar isə ilk növbədə kommunikasiyaların bərpası və yeni nəqliyyat və enerji kommunikasiyalarının yatadılmasından keçir. Hazırda Azərbaycan bu istiqamətdə olduqca sürətli və strateji həmlələr edir. Qısa müddətdə bunlar öz bəhrəsini verəcək və bu prosesdə regional inteqrsiyadan kənar qalmamaq üçün ölkəmizin həyata keçirdiyi layihə və tərəfdaşlıq platformalarına maraq get-gedə artır. Bu isə o deməkdir ki, yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir. Ona görə də İranın xarici işlər naziri məhz bu məsələdən danışarkən Azərbaycan Prezidentinin bildirdiyi 3+3 formatına istinad edərək digər ölkələrə də səfər edəcəyini, dolayısı ilə yeni formatda fəal iştirakçı olmaq niyətini ifadə etdi".

H.Babaoğlunun fikrincə, İran XİN rəhbəri özünəməxsus tərzdə yeni formatı yeni 5+1 platforması kimi təsvir etməklə İranı Azərbaycana daha yaxın gördüyünü diplomatik kombinasiya ilə bildirmiş oldu:

"Çünki 3+3 tərəfdaşlıq düsturu açılarkən politoloqlar adətən birinci üçlükdə Türkiyə-Azərbaycan-Gürcüstanı, ikinci üçlükdə isə Rusiya-İran-Ermənistanı təsvir edirdilər.

Görünür Zərifin çoxkombinasiyalı 5+1 (İran) formatı təsviri də həm İranın birinci üçlükdə müəyyənləşdirilməsinə passiv etirazı həm də əslində digər 5 ölkə ilə eyni dərəcədə məsafədə olmasına işarəsi idi.

Ancaq nəticə etibarilə söhbət yeni altıtərəfəli əməkdaşlıq platformasından getdiyi üçün bu platformanı necə kombinə etməyin o qədər də əhəmiyyəti qalmır. Ona görə də daha praqmatik yanaşdıqda aydın olur ki, İran bu əməkdaşlıqda mühüm ölkələrdən biri ola bilər. Çünki hər şeydən öncə İran və Azərbacan arasında siyasi münasibətlərin yüksək səviyyədə olması buna imkan verir. İkincisi iki ölkə arasında bu tərəfdaşlığı daha da güçlü edə biləcək bir sıra layihələr artıq əvvəlki reallıqlar çərçivəsində indiyədək öz əksini tapmaqla yeni reallıqlar üçün də yaxşı baza rolunu oynaya bilər.

Məsələn elə görüşdə adları çəkilən, Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı görülən işlər, 2021-ci ilin sonunadək bu yolun Azərbaycandan keçən hissəsinin inşasının başa çatdırılması imkanları kimi məsələlər buna əyani sübutdur".

OperativXeber.Az


181

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bayramda 450 məhbus azad ediləcək? - Əfv gözlənilir
Bərdə xəstəxanasında biabırçı olay - Üzrü səhvindən betər... (SƏS YAZISI)
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb - FOTO
Keçmiş spiker bu il həbs olunacaq. Daha kimləri həbs gözləyir?
SON DƏQİQƏ: Ermənistan ordusu HƏRƏKƏTƏ KEÇDİ - İrəvan ÇALXALANIR
Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib - Müxaliflərlə polislər arasında toqquşma olub

Bayramda 450 məhbus azad

Bərdə xəstəxanasında biabırçı

Ukrayna mətbuatı Prezident

Keçmiş spiker bu il həbs

SON DƏQİQƏ: Ermənistan ordusu

Gürcüstan parlamentinin

Müğənni Səmanın intim

YAP-ın tərkibi yenilənir:

Bu gün Od çərşənbəsidir

Ərdoğan Azərbaycanla ticarət

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.