Rusiya istehlak məhsullarının və xidmətlərin qiymətlərinin daimi monitorinqini tətbiq edir. Bu qərar artıq hökumət tərəfindən də təsdiqlənib. Belə ki, bu qərar bazar vəziyyətinin sistemli bir təhlilini qurmağa, əhəmiyyətli məhsulların bahalaşma risklərini proqnozlaşdırmağa və qiymət artımlarını cilovlamaq üçün vaxtında tədbirlər görməyə imkan verəcək.
OperativXeber.Az bu barədə rus mətbuatına istinad edir.
Əslində, bu qərarı ruslar özləri üçün qəbul edib və mənə elə gəlir ki, buna görə başqa dövlətlər elə də narahat olmamalıdırlar. Amma sən demə, bu ruslardan bəlkə də çox elə erməniləri narahat edirmiş. Məsələn, Rusiyanın belə bir addımı atmağa sövq etməyin qərarda göstərilmədiyini iddia edən ermənilər verilən bu qərarı iki şeylə əlaqələndirirlər. Onlara görə, birincisi, mövcud bahalaşma və bununla bağlı xəyal qırıqlığı proqnozları, ikincisi isə hökumətin ölkədəki sosial-iqtisadi vəziyyətə görə məsuliyyətini bilməsidir.
Ermənilərin etirafına görə, burada göstərilən birinci məqamda rusları açıq şəkildə ötsələr də, ancaq ikinci məqam onlar üçün cox şübhəlidir. Yəni buradakı sosial-iqtisadi siyasətin mövcudluğu şübhə doğurur.
Ermənilərə görə, bu gün artıq hər şeyin öz yoluna getməsinə icazə verilib, bütün proseslər müstəsna olaraq avtopilotda inkişaf edir, qiymətlər sürətlə artır, əhalinin gəlirləri azalır, amma özünü icra hakimiyyətinin nümayəndəsi hesab edənlər buna nəzarət etməyə çalışmırlar. Nəticədə, ölkə əhalisi yoxsulluğa və həddən artıq yoxsulluğa doğru gedir.
Hazırda əhalinin qiymətləri və gəlirləri baxımından Ermənistandakı mövcud vəziyyətin həyəcanverici olması rəsmi statistikada belə sübut olunur.
Təkcə bu ilin fevral və yanvar aylarını müqayisəli şəkildə götürsək, istehlak qiymətlərində 0.6 faiz artım qeydə alındığını görəcəyik. İllik bazada, keçən ilin fevral ayı ilə müqayisədə göstərici daha təsirlidir - 5,3 faiz.
Demək olar ki, hər şeyin qiyməti bahalaşmağa doğru gedir: qida, spirtli içkilər, siqaret, geyim, ayaqqabı, səhiyyə, nəqliyyat, təhsil, ümumiyyətlə hər şey. Amma gəlin görək, ölkə əhalisinin işləyən az qisminin məvacibi artırmı? Təbii ki, yox, əksinə, rəsmi statistikaya görə, bu il orta nominal əmək haqqında əhəmiyyətli bir azalma qeydə alınıb. Beləliklə, yanvar ayında dövlət sektorunda orta əmək haqqı keçən ilin dekabr ayına nisbətən, təxminən 30 faiz, özəl sektorda isə 15 faiz azalıb. Beləliklə, bir tərəfdən istehlak bazarlarında qiymətlər yüksəlir, digər tərəfdən əmək haqları azalır. Əhali yavaş-yavaş, amma əminliklə yoxsulluğa doğru irəliləyir.
Deməli, bu yerdə ermənilər Rusyadakı dövlət məsuliyyətinin Ermənistanda, yəni baş nazir Nikol Paşinyanda niyə olmadığını sual kimi qoyurlar.
Burada mən belə başa düşürəm ki, ermənilər hazırda aşıb-daşan Ermənistan sərvətinin naşı Paşinyan tərəfindən düzgün tənzimlənmədiyini demək istəyirlər. Ona görə də, Nikolun erməniləri bundan sonra hansısa bir xoş günlərə çıxaracağını düşünməyi ermənilər sadəlövhlük sayırlar.
Ona görə də, erməni cəmiyyətinin başına gətirdiyi bütün bu bəlalardan sonra, Paşiyandan ölkənin sosial-iqtisadi çöküşünün qarşısını almağa çalışacağına inanmaq düzgün deyil. Bu da ermənilərin gəldiyi son qənaətdir.
OperativXeber.Az