• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Sabiq təhsil naziri Mübariz Mənsimovdan danışdı: "Ortada qondarma iş var"

27-03-2020, 12:20 | Baxılıb: 12 377
“Sabiq təhsil naziri Mübariz Mənsimovdan danışdı: "Ortada qondarma iş var"

“Palmali” şirkətinin prezidenti Mübariz Məənsimovla bağlı son xəbərlər milyonlarla insanı üzdü. Heç kim onun həbs edilməsinə inanmır. Bilirlər ki, ortada qondarma iş var. Həqiqət öz əksini tapacaq”.

OperativXeber.Az bildirir ki, bunu Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilov deyib.

F. Cəlilov M. Mənsimovun minlərlə insana yardım etdiyini, minlərlə tələbəni oxutdurduğunu, çoxlu sayda xəstə insanların müalicəsinə maddi köməklilər göstərdiyini, ona müraciət edən insanları ağır vəziyyətdən çıxardığını xatırladaraq deyib ki, “Palmali” şirkətində on minlərlə insan işləyir, evinə çörək aparır.

F. Cəlilov M. Mənsimova FETÖ-çü damğası vurulmasını doğru saymır: “Onun kiminləsə salamı olubsa və həmin adam FETÖ-çudursa, bunun onunla nə əlaqəsi var? Bu mənada Mübariz Mənsimovun keçdiyi həyat yolu insanların gözü qarşısındadır. Onun böyük-böyük gəmilərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını verməsi, hər yerdə Azərbaycanı dəstəkləməsi... Fikrimcə, onun gördüyü bu və digər müsbət işləri sadalamaqla qurtarmaq olmaz. Onun insanlara təmannasız yardımı az qala adama Zeynalabdin Tağıyevi xatırladır. Bu adamı on minlərlə insan sevir, ona hörmətlə yanaşırlar”.

Sabiq nazir qeyd edib ki, M. Mənsimov haqqında həbs qərarı verdirənlər bununla milyonlarla insanın ovqatını korlayıb.

F. Cəlilov əlavə edib ki, M. Mənsimovla bağlı problemin tezliklə həll ediləcəyinə inanır:

“Türkiyə bizə qardaş ölkədir, demokratik bir dövlətdir. Türkiyə ağrı çəkəndə biz də çəkirik, onun uğurlarına biz də sevinirik. Çünki bir xalqıq. Demokratik Türkiyədən ədalətli qərar çıxarılacağına əminəm. Amma bu nə qədər tez olsa, bir o qədər yaxşıdır. Milyonlarla insan Mübariz Mənsimovu işinin başında görmək istəyir”.

OperativXeber.Az


12 377

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Kürdəmir sakini: Əmək haqqım düzgün hesablanmayıb
Habil Vəliyev səhhəti ilə bağlı Prezidentə müraciət etdi-Xahiş edirəm vəziyyəti öz nəzarətinizə götürəsiniz
Macarıstan Qarabağın bərpasına qoşulur: 100 milyon dollar ayırdı
Mikayıl Cabbarovdan "Qarabağ" açıqlaması
Başına 1 milyon pul qoyulan terrorçu öldürülüb
ETSN: Hirkan Milli Parkında yanğın başlayıb

Kürdəmir sakini: Əmək haqqım

Habil Vəliyev səhhəti ilə

Macarıstan Qarabağın

Mikayıl Cabbarovdan "Qarabağ"

Başına 1 milyon pul qoyulan

ETSN: Hirkan Milli Parkında

Şabranda ata oğlunu güllələyib

“Whatsapp”dan imtina

Sahil Babayevin TƏHLÜKƏLİ

Vüqar Səfərlinin bankda

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.