• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Benzinin və dizelin bahalaşmasından sonra ictimai nəqliyyatda gediş haqqı artırılacaq – AÇIQLAMA

5-01-2021, 09:20 | Baxılıb: 97
“Benzinin və dizelin bahalaşmasından sonra ictimai nəqliyyatda gediş haqqı artırılacaq – AÇIQLAMA

Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11,1 faiz qaldıraraq 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 33,3 faiz qaldıraraq 1 litr üçün 80 qəpik müəyyən edib. Şura təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib. Bununla yanaşı, Tarif (qiymət) Şurasının iclasında yeni dövlət qeydiyyatından keçmiş 300-ə yaxın dərman vasitəsinin qiyməti də təsdiq olunub, eləcə də daşınmaz əmlakın texniki inventarlaşdırılmasının aparılması, əmlak barədə məlumatların reyestrə daxil edilməsi və əlaqədar xidmətləri üzrə tariflər də qaldırılıb. Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək bahalaşacaq”.

OperativXeber.Az bildirir ki, bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu bildirib ki, ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq, çünki kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur: “Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub. Hazırkı qiymət artımı böyük özəlləşdirmə qabağı həyata keçirilən preventiv addımların bir hissəsidir. Odur ki, bu son deyil, digər ictimai xidmətlərin – nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti artırılacaq”.

OperativXeber.Az


97

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanda pandemiyadan sonrakı dövrə hazırlq: - NƏLƏR ÇATIŞMIR?
Ruslar indi də "Monitorinq Mərkəzi" adı altında əlavə qüvvə gətirir - NƏ BAŞ VERİR?
Peyvənd olunan şəxslərin vəziyyəti necədir? - Trend TV-nin poliklinikadan süjeti
MHP-nin Şuşada məktəb tikintisi təklifi qəbul edildi: Bahçeli xüsusi açıqlama yaydı - VİDEO
Rövnəq Abdullayevin iflası, SOCAR-ın xilası...
İran XİN rəhbərinin Bakı səfərinin təfərrüatları - ŞƏRH

Azərbaycanda pandemiyadan

Ruslar indi də "Monitorinq

Peyvənd olunan şəxslərin

MHP-nin Şuşada məktəb

Rövnəq Abdullayevin iflası,

İran XİN rəhbərinin Bakı

Qarabağda rus muzdluları -

Apreldə karantin rejimi

Daha 31 erməni hərbçinin

Öldürülən azərbaycanlı

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.