• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

“MedEra Hospital” hələ səngərdə olan əsgərin anasını işdən çıxardıb

7-01-2021, 08:20 | Baxılıb: 33
““MedEra Hospital” hələ səngərdə olan əsgərin anasını işdən çıxardıb

Ay insafınız kəsilsin! Ay nankorlar, gərək bu xəstə vaxtımda səhər tezdən bu zəngi eşidərdim? Mən belə məsələlərə dözmürəm axı. Bu həssas dönəmdə ictimai qınaqdan qorxmursuz ay vicdansızlar? Denən nədən qorxacaqlar ay binəva? Arxalarında Allah bilir hansı məmur dayanıb?Səhərin gözü açılar-açılmaz, zəng gəlib. Qadın telefonda hönkürür, kömək istəyir. Bir rəfiqəmin vasitəsi ilə tanımışam onu. İki il öncə mən onu bir klinikaya xadimə kimi işə düzəltmişdım .Klinika bağlandı, xanım çıxdı getdi başqa işə.

Elə o vaxtan məni unutmur. Həmişə əhvallaşır… Keçirəm mətləbə. Məlum olur kı, bu xanım “MedEra Hospital”da işə düzəlibmiş. İndi işdən atıblar. Qadına çörəyi qonşusu alıb verir. Acı olan bu deyil hələ. Nolsun, adamın pis dönəmləri də olar, yaxşı qonşuları da. Acı olan bilirsinizmi nədir? Qadının 31 yaşlı bir oğlu var. Müharibə başlayandan, könüllü olaraq ön xəttdədir. Evdə olanda, pis yaxşı anasına çörək qazana bilirdi. Ay şərəf yoxsulları. Lap qadın pis işçidir deyək ki. Süpürgəylə, süngərlə rəftarı bilmir. Lap belə pis işçidir. O boyda klinikanın bir əsgər anasını müvəqqəti yola vermək imkanı yoxdur? Nə ölürsürsünüz? İmkan verin balası gəlsin, sonra çıxarın da, işdən. Allah qorxusunu kənara qoyuram. Vicdanın ağrımırmı, ay “MedEra Hospital” rəhbərliyi?

Necə yata bilirsən gecələr? Bu gün sənin pul çinləməyinə şəraiti, həmin qadının oğlu yaratmayıbmı? O oğlan bu gün orduda olmasaydı, erməni klinikanda donuz saxlayacaqdı şübhəsiz. Onun oğlu sənin ananı qoruyur, sən onun anasının göz yaşına səbəb olursan. Mənliyiniz olsun! Dostluğumdakı klinika rəhbərlərindən rica edirəm. Qadını işlə təmin edin. Ən azı oğlu gələnə kimi. Nə qədər yalvardım ki, oğlun gələnə kimi gəl bizdə qal, razılaşmadı. Qəhərdən, əsəbdən boğazım düyünlənib, səhər iynə dərmanım da qalıb. Xəstəxanadayam deyə, imkanlarım məhduddur.

Redaksiyadan: Yazı Lətafət Novruzovanın şəxsi feysbuk səhifəsindəki statusuna istinadən verilib.

OperativXeber.Az


33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: Nə baş verir? + Video
Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
Təhsil nazirindən əmr: məktəblərdə xüsusi dərslər keçiriləcək
DYP-dən VACİB MƏLUMAT – Bu sürücülər sükan arxasına əyləşməsin
Bakıda payız-qış mövsümünə hazırlıq başlayıb
Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?

Ermənilər Kəlbəcərdə

Bulvarda heyrətləndirən

Təhsil nazirindən əmr:

DYP-dən VACİB MƏLUMAT – Bu

Bakıda payız-qış mövsümünə

Ötən il icbari tibbi sığorta

Təltif edilən şəhid təhsil

“LAÇIN DƏHLİZİNƏ NƏZARƏT

Paşinyan həbs olunacaq?

Baydenin andiçməsində rəsmi

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.