• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

İCESCO-nun Baş direktoru Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib - Foto

13-01-2021, 08:00 | Baxılıb: 31
“İCESCO-nun Baş direktoru Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib - Foto

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 12-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib.


OperativXeber.Az bildirir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

Nümayəndə heyətini Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, ölkəmizin İCESCO yanında daimi nümayəndəsi Oqtay Qurbanov, İCESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli, nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələrinin nümayəndələri müşayiət edirlər.

Nümayəndə heyətinin səfəri Füzuli rayonundan başlayıb. Qonaqları Füzuli Rayonu İcra Hakimiyyətinin başçısı Alı Alıyev qarşılayıb.

İCESCO-nun nümayəndə heyəti əvvəlcə Füzuli şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.

Şəhərdəki dağıdılmış Cümə məscidinin qalıqlarına baxış zamanı diqqətə çatdırılıb ki, ermənilər, işğal olunmuş digər bölgələrdəki məscidlərimizdə olduğu kimi, burada da mal-qara və donuz saxlayıblar. Nümayəndə heyətinin üzvləri İslam dini abidələrinin bu cür təhqir olunmasının, dağıdılmasının insanlıqla bir araya sığmadığını bildiriblər.

İCESCO-nun nümayəndə heyəti rayonun Qarğabazarı kəndində qədim karvansaraya və XVII əsrə aid məscidin qalıqlarına, həmçinin Qoçəhmədli kəndinin yerlə-yeksan edilmiş məscid binasının xarabalıqlarına da baxıb, ermənilərin törətdikləri vəhşiliklərin bilavasitə şahidi olub.

Nümayəndə heyəti daha sonra Ağdam rayonuna səfər edib, Cümə Məscidi, Çörək muzeyi, Dram teatrının binasına baxış keçiriblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə İCESCO-nun Elm və İnnovasiyalar sektorunun müdiri Rahil Qəmər, təşkilatın Mədəniyyət sektorunun müdiri Məhəmməd Zain Alabdern, İCESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun və Sivilizasiya Dialoq Mərkəzinin rəhbəri Xalid Fatih əl-Rəhman və başqaları daxildir.

İCESCO Baş direktorunun Azərbaycana səfəri yanvarın 15-dək davam edəcək.

İCESCO-nun Baş direktoru Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib - Foto










OperativXeber.Az


31

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: Nə baş verir? + Video
Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
Təhsil nazirindən əmr: məktəblərdə xüsusi dərslər keçiriləcək
DYP-dən VACİB MƏLUMAT – Bu sürücülər sükan arxasına əyləşməsin
Bakıda payız-qış mövsümünə hazırlıq başlayıb
Ötən il icbari tibbi sığorta çərçivəsində nə qədər tibbi xidmət göstərilib?

Ermənilər Kəlbəcərdə

Bulvarda heyrətləndirən

Təhsil nazirindən əmr:

DYP-dən VACİB MƏLUMAT – Bu

Bakıda payız-qış mövsümünə

Ötən il icbari tibbi sığorta

Təltif edilən şəhid təhsil

“LAÇIN DƏHLİZİNƏ NƏZARƏT

Paşinyan həbs olunacaq?

Baydenin andiçməsində rəsmi

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.