• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər

15-01-2021, 08:10 | Baxılıb: 862
“Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdilər

ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən türk icmasının aktivləri “The Wall Street Journal” nəşrinin bir neçə gün əvvəl FETÖ terror təşkilatının axtarışda olan üzvü, basketbolçu Enes Kanterin Türkiyə əleyhinə böhtanlarının dərc edilməsinə etiraz olaraq qəzetin mərkəzi binasının qarşısında etiraz aksiyası keçiriblər.


OperativXeber.Az bildirir ki, aksiya iştirakçılarına Nyu-Yorkdakı Azərbaycan icmasının üzvləri də dəstək verib. Azərbaycan və Türkiyə bayraqları ilə əraziyə gələn nümayişçilər əllərində 15 iyul 2016-cı ildə Tükiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı haqqında məlumatların əks olunduğu plakatlar nümayiş etdirib, sloqanlar səsləndiriblər.
Aksiyada çıxış edən Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) idarə heyətinin həmsədri Halil Mutlu mütəmadi olaraq Türkiyə ilə bağlı qərəzli xəbərlər işıqlandıran, Türkiyə hakimiyyətini tənqid edən “The Wall Street Journal” qəzetinin bu cür fəaliyyətinin qəbuledilməz olduğunu deyib. Halil Mutlu nəşrin rəhbərliyini qəzetdə və ona aid saytda aparılan bu çirkin təbliğatı dayandırmağa və qərəzli mövqeyə son qoymağa çağırıb.

Aksiya zamanı əraziyə cəlb edilmiş Nyu-York polisi etirazçıların təhlükəsizliyini təmin edib. Sonda TASC adından qəbul edilmiş etiraz bəyanatı “The Wall Street Journal” qəzetinin redaktorlarına göndərilib.

OperativXeber.Az


862

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Vidadi İsayevin yaxın adamının həbs səbəbi: Bərdə başçısı təşvişdə...
“Milli Məclis işi” üzrə məhkəmə başladı - İlginc təfərrüatlar
Bakı meri qar sınağından çıxa bilmədi
Adil Vəliyevin bu Qazimizdən xəbəri varmı? - "Dövlətdən ev istəmirik, iş istəyirik..."
Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA

Vidadi İsayevin yaxın

“Milli Məclis işi” üzrə

Bakı meri qar sınağından çıxa

Adil Vəliyevin bu Qazimizdən

Vətən müharibəsinin

“Ramiz Mehdiyev yazda komanda

ABŞ İran qüvvələrinə DƏHŞƏTLİ

Ermənistanda baş verənlərə

Prezident İlham Əliyev “Ana

Dünyada ilk dəfə: Türkiyə

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.