• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Badamdarda yenidən torpaq sürüşməsi oldu: 1 restoran, 2 ev təhlükə altına düşdü, yol bağlandı - FOTOLAR

29-01-2021, 08:40 | Baxılıb: 738
“Badamdarda yenidən torpaq sürüşməsi oldu: 1 restoran, 2 ev təhlükə altına düşdü, yol bağlandı - FOTOLAR

“Hazırda mütəxəssislər Badamdar yolunun 7 km-nə gedən yolun sağ yamacında baş verən sürüşmə prosesi ilə bağlı ilkin müşahidələr aparır”.


OperativXeber.Az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.

Onun sözlərinə görə, sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb:

“Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır və yolun aşağı sol sahilində tikilmiş restoran binasının qarşı tərəfində artıq bəzi dağıntılar baş verib”.

Xidmət rəisi qeyd edib ki, ilkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar kütlənin təsiri ilə dayanıqlığını itirib: “Nəticədə süxur aşağı sürüşüb. Süxurlar göründüyü qədər islanmış süxurlardır. İlkin müşahidələrə görə süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır”/Report

***

Bakının Səbəil rayonu ərazisində Badamdar şossesində baş verib torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.

Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb.

Ətrafda yaşayan insanlar təxliyə olunub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.

Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.

Əlavə məlumat veriləcək.

***

Bakının Səbail rayonu ərazisində “20-ci sahə”-dən Badamdar qəsəbəsinə gedən yolda – Bayıl yamacında torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində yol tamamilə bağlanıb/APA.

Məlumata görə, sürüşmə nəticəsində yaxınlıqdakı restorana ziyan dəyib.

Hazırda aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən ərazidədir.

Badamdarda yenidən torpaq sürüşməsi oldu: 1 restoran, 2 ev təhlükə altına düşdü, yol bağlandı - FOTOLAR



OperativXeber.Az


738

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Bayramda 450 məhbus azad ediləcək? - Əfv gözlənilir
Bərdə xəstəxanasında biabırçı olay - Üzrü səhvindən betər... (SƏS YAZISI)
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb - FOTO
Keçmiş spiker bu il həbs olunacaq. Daha kimləri həbs gözləyir?
SON DƏQİQƏ: Ermənistan ordusu HƏRƏKƏTƏ KEÇDİ - İrəvan ÇALXALANIR
Gürcüstan parlamentinin ətrafında vəziyyət gərginləşib - Müxaliflərlə polislər arasında toqquşma olub

Bayramda 450 məhbus azad

Bərdə xəstəxanasında biabırçı

Ukrayna mətbuatı Prezident

Keçmiş spiker bu il həbs

SON DƏQİQƏ: Ermənistan ordusu

Gürcüstan parlamentinin

Müğənni Səmanın intim

YAP-ın tərkibi yenilənir:

Bu gün Od çərşənbəsidir

Ərdoğan Azərbaycanla ticarət

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.