• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Yaşı 65-dən yuxarı olanların nəzərinə

4-02-2021, 08:00 | Baxılıb: 503
“Yaşı 65-dən yuxarı olanların nəzərinə

“Bildiyiniz kimi ilk mərhələ də tibb işçilərinin vaksinasiya prosesi baş tutdu. Tibb işçilərinin 70% peyvənd olunub".


OperativXeber.Az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, 8 fevral tarixindən etibarən artıq strategiyada qeyd olunduğu kimi ikinci mərhələ başlayır: "İkinci mərhələdə yaşı 65-dən yuxarı olan əhali qrupunun peyvəndlənməsi nəzərdə tutulur. Poliklinikalarda yaradılan məntəqələrdə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn keçiriləcək. Peyvənd olmaq üçün qeydiyyata alınmaq üçün yaşı 65-dən yuxarı olanlar randevu.its.gov.az linkinə daxil olacaq. Linkə daxil olanların qarşılarına hazır qeydiyyat forması çıxır. Həmin formanı doldurmaqda çətinlik çəkənlər üçün yazılı və videoçarx şəkilində təlimat var.

Bu zaman belə bir sual yaranır. Yaşı 65-dən yuxarı insanların bəziləri internet istifadəçisi deyil. Bu halda həmin adamlar qeydiyyatdan necə keçə biləcək?

Belə olan halda yaşı 65-dən yuxarı olan vətəndaş ailə üzvlərindən və yaxud yaxınlarından bu işdə ona yardım etmələrinin xahiş edə bilər. Yardım edə biləcək adamı yoxdursa, ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verə biləcək".

P. Abubəkirov qeyd edib ki, qeydiyyatda olan tibb işçiləri bu prosesdə vətəndaşa yardımçı olacaqlar: "Onu qeydiyyatdan keçirib məntəqəyə gəlməli olduğu günü və dəqiq vaxtı bildirəcəklər. Vaksinasiya bildiyimiz kimi 2 dozadan ibarətdir.

Vətəndaş qeydiyyatdan keçdiyi zaman ilk dozanın vurulduğu tarixə əsasən sistem dərhal 2-ci doza üçün tarixi avtomatlaşdırılmış şəkildə göstərəcək. Mobil nömrələrə də bununla bağlı mesaj göndəriləcək. Bu işin gedişatını bir qədər də asanlaşdıracaq".

Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeydiyyat zamanı vətəndaş səhvə yol verərsə, bu zaman hər hansı düzəliş etmə şansı var: "Vətəndaşlar qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir".

OperativXeber.Az


503

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Vidadi İsayevin yaxın adamının həbs səbəbi: Bərdə başçısı təşvişdə...
“Milli Məclis işi” üzrə məhkəmə başladı - İlginc təfərrüatlar
Bakı meri qar sınağından çıxa bilmədi
Adil Vəliyevin bu Qazimizdən xəbəri varmı? - "Dövlətdən ev istəmirik, iş istəyirik..."
Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA

Vidadi İsayevin yaxın

“Milli Məclis işi” üzrə

Bakı meri qar sınağından çıxa

Adil Vəliyevin bu Qazimizdən

Vətən müharibəsinin

“Ramiz Mehdiyev yazda komanda

ABŞ İran qüvvələrinə DƏHŞƏTLİ

Ermənistanda baş verənlərə

Prezident İlham Əliyev “Ana

Dünyada ilk dəfə: Türkiyə

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.