• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Bakı küçələrində çox ciddi tıxaclar ola bilər - Xəbərdarlıq

6-02-2021, 08:10 | Baxılıb: 396
“Bakı küçələrində çox ciddi tıxaclar ola bilər - Xəbərdarlıq

Karantin rejiminin yumşaldılması Bakı küçələrində nəqliyyatın sıxlığını əhəmiyyətli dərəcədə artırıb.

OperativXeber.Az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, nəqliyyat sıxlğının olacağı gözlənilən idi: “Sıxlığın yaranmasının əsas səbəblərindən biri metronun fəaliyyət göstərməməsidir. Digər bir səbəb isə odur ki, pandemiya səbəbindən ictimai nəqliyyata etibar bir az azalıb, yəni insanlar ictimai nəqliyyata ehtiyatla yanaşırlar, bir sıra insanlar isə taksi xidmətindən istifadə etməyə üstünlük verir”.

Ekspert hesab edir ki, karantin rejiminin yumşaldılması zamanı metronun da fəaliyyətinin bərpa edilməsinin nəzərə alınmasına zərurət var: “Metronun fəaliyyəti bərpa olmadan şəhərdaxili sərnişin daşımalar çox çətindir və insanların çoxu avtobuslarda sıxlığa düşməmək üçün fərdi nəqliyyat vasitələrinə üstünlük verirlər, taksilərdən istifadə genişlənib. Ona görə də metronun faliyyətinin bərpa edilməsi yaxşı olar”.

Ə.Hüseynov hesab edir ki, avtobuslarda dezinfeksiya işləri, sanitar-gigiyena qaydalarına daha ciddi riayət etmək lazımdır ki, insanlar avtobuslardan çəkinməsinlər: “Bu üsulla fərdi avtomobillərdən və taksilərdən istifadə azala bilər və nəticədə küçələrdə gərginlik ən azından pandemiyadan əvvəlki vəziyyətə qayıda bilər. Yaxın orta məktəblərdə, ali təhsil müəssisələrində tədrisin tam bərpa olunması indiki yanaşma ilə çox ciddi tıxaclara gətirib çıxaracaq və ona görə indidən tədbirlər görmək lazımdır”. (Trend)

OperativXeber.Az


396

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Vidadi İsayevin yaxın adamının həbs səbəbi: Bərdə başçısı təşvişdə...
“Milli Məclis işi” üzrə məhkəmə başladı - İlginc təfərrüatlar
Bakı meri qar sınağından çıxa bilmədi
Adil Vəliyevin bu Qazimizdən xəbəri varmı? - "Dövlətdən ev istəmirik, iş istəyirik..."
Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA

Vidadi İsayevin yaxın

“Milli Məclis işi” üzrə

Bakı meri qar sınağından çıxa

Adil Vəliyevin bu Qazimizdən

Vətən müharibəsinin

“Ramiz Mehdiyev yazda komanda

ABŞ İran qüvvələrinə DƏHŞƏTLİ

Ermənistanda baş verənlərə

Prezident İlham Əliyev “Ana

Dünyada ilk dəfə: Türkiyə

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.