• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

Laçın dəhlizi Azərbaycanın nəzarətinə verilə bilər (İDDİA)

20-02-2021, 08:30 | Baxılıb: 59
“Laçın dəhlizi Azərbaycanın nəzarətinə verilə bilər (İDDİA)

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Dövlət başçıları Qarabağ məsələsini, Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, həmçinin Liviya və Suriyadakı vəziyyət haqqında danışıb.
Ardınca, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu danışıqlar zamanı gündəmə gələn məsələni müzakirə ediblər. Paralel olaraq, Lavrov həm Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, həm də Ermənistan XİN başçısı Ara Ayvazyanla danışıqlar aparıb.
Qarabağ danışıqlarının intensivləşməsi masada hansı sənədlərin olması ilə bağlı sual doğurub.


Modern.az-a politoloq Qabil Hüseynli intensivləşən Qarabağ danışıqlarını şərh edib.


OperativXeber.Az bildirir ki, onun sözlərinə görə, hazırda Moskva, Ankara və Bakı arasında danışıqlar əsasən iqtisadi xarakter daşıyır. Bundan başqa, bütün məcburi köçkünlərin Qarabağa qayıtması gündəmdə saxlanılır.

“Ciddi yeniliklər yoxdur. Sadəcə söhbət Dağlıq Qarabağın tarixə qovuşmuş qondarma status ilə bağlı müzakirələrdən ibarətdir. Baş tutan müzakirələrdə Azərbaycan iştirak etmir, çünki bu status qəbul etmir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İkinci Vətən müharibəsi də sübut etdi ki, Qarabağ bölgəsi Azərbaycanındır. İndi isə gündəmdə duran əsas məsələ əhalinin işğaldan azad olunmuş bölgələrə, eyni zamanda qondarma Dağlıq Qarabağın rejiminin nəzarəti altında olan torpaqlara qayıdışın təşkil edilməsidir”.
Politoloqun fikrincə, son intensiv danışıqlar zamanı Laçın dəhlizinə nəzarətin sülhməramlılardan alınaraq Azərbaycan Ordusuna yaxud Sərhəd Xidmətinin nəzarətinə verilməsi də müzakirə mövzusudur.
“Gündəmdə olan digər məsələ isə rus sülhməramlıları ilə bağlı məsələlərin biraz da dəqiqləşdirilməsidir. Belə ki, Laçın dəhlizinə nəzarətin Azərbaycan Ordusuna və ya Azərbaycanın Sərhəd Qüvvələrinə verilməsi üzərində Rusiya ilə danışıqlar aparılır. Əgər bu baş tutmasa, Laçında Azərbaycanın həm sərhəd xidmətinin, həm də gömrük xidmətinin keçid buraxılış məntəqəsinin yaradılması nəzərdən keçirilir”.
Politoluqun fikrincə, Ermənistanla kommunikasiyaların açılması danışıqların daha bir mövzusudur.
“Mövlud Çavuşoğlunun hər səfərinin məğzində həmçinin kommunikasiya xətlərinin açılması dayanır. Kommunikasiya xətləri dedikdə Ermənistanın dərin blokadadan çıxarılması deməkdir. Bu da Ermənistanın özündən asılıdır. Düşünürəm ki, baş tutan danışıqlar müsbət nəticələnəcək”.

OperativXeber.Az


59

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Vidadi İsayevin yaxın adamının həbs səbəbi: Bərdə başçısı təşvişdə...
“Milli Məclis işi” üzrə məhkəmə başladı - İlginc təfərrüatlar
Bakı meri qar sınağından çıxa bilmədi
Adil Vəliyevin bu Qazimizdən xəbəri varmı? - "Dövlətdən ev istəmirik, iş istəyirik..."
Vətən müharibəsinin işdirakçısından “Poleks MMC” tikinti şirkətinə etiraz: - Benzin töküb hərbi biletimi yandıracam
“Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək” – SENSASİON AÇIQLAMA

Vidadi İsayevin yaxın

“Milli Məclis işi” üzrə

Bakı meri qar sınağından çıxa

Adil Vəliyevin bu Qazimizdən

Vətən müharibəsinin

“Ramiz Mehdiyev yazda komanda

ABŞ İran qüvvələrinə DƏHŞƏTLİ

Ermənistanda baş verənlərə

Prezident İlham Əliyev “Ana

Dünyada ilk dəfə: Türkiyə

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.