• Ana Səhifə
  • Haqqında
= 1.7026
M
= 0.4782
M
= 1.8702
M
= 0.0290
M
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Gündəm
  • Siyasət
  • Hadisə
  • Sosial
  • Kriminal
  • Cəmiyyət
  • Korupsiya
  • Dünya
  • İqtisadiyyat
  • Şou-Biznes
  • Digər
    • Video
    • Foto

SMS icazə sistemi bərpa edilir? – AÇIQLAMA

19-03-2021, 09:20 | Baxılıb: 47
“SMS icazə sistemi bərpa edilir? – AÇIQLAMA

“Azərbaycanda sms icazə sistemi, rayonlara gediş-gəliş bağlı qadağa tətbiq oluna bilər. O cümlədən müəyyən iş yerlərində bağlanma da nəzərdə tutula bilər”.


OperativXeber.Az bildirir ki, bu sözləri açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

O əlavə edib ki, son günlər Azərbaycanda koronavirusa yoluxma sayında artım müşahidə olunur: “Oxşar vəziyyət Avropa ölkələrində də qeydə alınır və karantin rejimlərində sərtləşdirilməyə gedilir. Ölkəmizdə virusa yoluxanların sayı sağalanların sayından artıq 3 dəfə çoxdur.

Bundan əlavə Britaniya ştammı da 3 nəfərdə aşkarlanıb. Belə olan halda mənfi dinamika inkişaf edərsə, yoluxanların sayı daha da artarsa, yenidən məhduduiyyətlərin tətbiq olunması gözlənilir.

Mövcud durumda Azərbaycanda sms icazə sistemi, rayonlara gediş-gəliş bağlı qadağa tətbiq oluna bilər. O cümlədən müəyyən iş yerlərində bağlanma da nəzərdə tutula bilər.

Belə olan halda hər birimizin üzərinə ciddi məsuliyyət düşür. Vətəndaşlar pandemiya ilə bağlı qoyulan qaydalara əməl etməlidir. Tibbi qoruyucu maskalardan və dezinfeksiya məhlullarından istifadə etmək lazımdır. Həmçinin təmaslardan maksimum uzaq olmaq lazımdır. Ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq məsləhət görülür.

Eyni zamanda vətəndaşları ölkəmizdə yanvar ayından etibarən başlayan vaskinasiya prosesində aktiv iştirak etməyə səsləyirəm. Peyvəndlərdən istifadə insanların virusa yoluxmasının qarşısının alınmasında böyük rol oynayır”.

Qeyd edək ki, Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib. Ölkəmizdə koronavirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştamlara qarşı da effektivdir.

OperativXeber.Az


47

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Çörəyin arasına siçan zəhəri qoyub dilənçi qadına verdi - VİDEO
SON DƏQİQƏ: Ermənilər Xankəndini BOŞALTMAĞA BAŞLADI - Hakopyan ELAN ETDİ
Rusiya sülhməramlıları nə qədər ərazini minalardan təmizləyib? - AÇIQLAMA
Türk professordan ŞOK AÇIQLAMA: Bu şəxslər oruc tutmasın!
Toylarda yeni qaydalar tətbiq olunacaq? — AÇIQLAMA
Səfər Mehdiyevlə Qoşqar Təhməzlidən Ramazan bahalaşması: Xurma, kişmiş, düyü…

Çörəyin arasına siçan zəhəri

SON DƏQİQƏ: Ermənilər

Rusiya sülhməramlıları nə

Türk professordan ŞOK

Toylarda yeni qaydalar tətbiq

Səfər Mehdiyevlə Qoşqar

Təklənən Rusiya: Putinin yeni

Demoqrafik təhlükə- Ölkədə

Rusiyalı həkimlər Xocalıda

Azərbaycan nefti ən çox hansı

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +#
  • (+994) 50 662 00 33
  • [email protected]
© OperativXeber.az Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.